Məhkəmə qərarları › İş №3(012)-725/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-725/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-725/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X9 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və onun vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Abşeron DYP polis kapitanı X8 TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN Abşeron DYP polis kapitanı X8 TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 vəkili vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti belə əsaslandırdı ki, xx.xx.2022-ci il tarixində, gündüz saat 13:30 radələrində etibarnamə ilə idarə etdiyi ** MY *** dövlət qeydiyyat nişanlı, KİA OPTİMA markalı, göy metal rəngli avtomaşını Xırdalan şəhəri, Misir parkının yaxınlığında idarə edərkən, məni 171 nömrəli YPX-nin inspektoru, polis kiçik serjantı X2, qayda pozmağıma görə avtomaşınımın cərimə meydançasına aparılacağını bildirmişdir. Mən hansı qayda pozmağımın səbəbini soruşduqda, mənə bildirdi ki, avtomaşına əlavə avadanlıqlar quraşdırılıb. Mən həmin avtomaşının 2017-ci ildə ABŞ-da bu formada istehsal olunduğunu və hazırkı vəziyyətdə DGX-dən keçərək, 2021-ci ilin fevral ayında Amerikadan birbaşa Azərbaycana gətirildiyini və bu günə kimi idarə etdiyimi bildirdim. Lakin YPXnin inspektoru, polis kiçik serjantı X11 mənə potokol tərtib etmədi və avtomaşınımı qanunsuz olaraq evakuatorla cərimə meydançasına apardı. Həmin səbəbdən o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Avtomaşını bir gün cərimə meydançasında qaldıqdan sonra, xx.xx.2022-ci il tarixində həmin avtomaşını Sabunçu rayonu, Razin qəsəbəsində yerləşən KİYA MOTORS servisə apardılar. Lakin hansı rəyi aldılarsa, tələb etməyinə baxmayaraq, ona bildirmədilər və surətini də ona verməkdən imtina etdilər. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Abşeron X13 YPX-i inspoektoru, polis kiçik serjantı X11 ona inzibati protokol verdi. Tələb etməyinə baxmayaraq, həmin protokolla bağlı ona qərar vermədi. Həmin xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokola “razı deyiləm” yazıb imza etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Abşeron X13 YPX-i inspektoru, polis kiçik serjantı X6 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokolu tam qanunsuz və əsassızdır, onun hüquqlarını pozduğu üçün məhkəmə qaydasında ləğv olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Abşeron X13 YPX-i inspoektoru, polis kiçik serjantı X6 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli qanunsuz, əsassız və ədalətsiz protokolu ilə onun qanunla qorunan hüquqlarını kobud surətdə pozmaqla yanaşı, onu maddi və mənəvi ziyanlara məruz qoymuşdur. Bununla bağlı o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək həmin protokoldan şikayət etmiş, onun şikayəti Yasamal Rayon Məhkəməsindən Abşeron Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin hakimi onun şikayətini geri qaytarmış və Abşeron rayon DYP-nin həmin hadisə ilə əlaqədar qərarını alıb, ondan şikayət verilməsini bildirilmişdir. xx.xx.2022-ci il tarixdə ona “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında X16 Polis kapitanı X7 verdiyi Tp ******* saylı xx.xx.2022-ci il tarixli elektron qərar təqdim olundu və mənə bildirildi ki, guya mən avtomobilin konstruksiyasına müdaxilə edib, səs gücləndirici məqsədi ilə avtomaşına ikinci kruşiteli (səsboğucunu) əlavə etmişdir. Hesab edir ki, Abşeron rayon DYP-nin YPX-i inspoektoru, polis kiçik serjantı X6 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli qanunsuz, əsassız və ədalətsiz protokol və “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında X16 Polis kapitanı X7 verdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli elektron qərarı tam qanunsuz və ədalətsizdir. Ona görə də məhkəmə qaydasında ləğv olunmalıdır. X1 məhkəmə iclasında eyni cür ifadə verərək X16 Polis kapitanı X7 verdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli elektron qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə iş üzrə Abşeron rayon DYP-nin YPX-i inspoektoru, polis kiçik serjantı X6 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokolun və “X16 Polis kapitanı X7 qəbul etdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli elektron qərarın qəbul edilməsinə əsas olan sənədləri nəzərdən keçirmək üçün tələb edib almışdır. Materiallara əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 250322-r026 saylı Təmir kartından görünür ki, ** MY *** dövlət qeydiyyat nişanlı, KİA OPTİMA markalı maşında arxa qazanlar, qabaq və arxa yaylar, disklər zavod istehsal deyil, lakin icazə verilən ölçüdədir. Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ** MY *** dövlət qeydiyyat nişanlı, KİA OPTİMA markalı maşın “Siqnal” İdarəsinin saxlanma meydançasına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012- ci il tarixli, Q6-001-12 N-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X13 nəzarəti qaydaları barədə Təlimatın” 6.1.1 və 6.1.2-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat vermək, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq vermək kimi vəzifələri də yerinə yetirir. İşin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar yenidən araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 3(012)- 725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə mütəxəssis rəyinin alınması Azərbaycan respublikası DİN BDYP-nin Avtotexniki Müfəttişlik şöbəsinin mütəxəsisinə tapşırılması qərara alınmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “KİA” markalı avtomobilləri istehsal edən müəssisənin Azərbaycan Respublikasında rəsmi nümayəndəliyi olan “Kiamotors Azərbaycan” şirkətinin təqdim etdiyi sənədə əsasən X4 mülkiyyətində olan “KİA Optima” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə şirkətin texniki təmir stansiyasında xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, həmin avtomobilin diskilərinin, arxa qazanlarının, qabaq və arxa yaylarının zavod istehsalı olmadığı müəyyən edilmiş, onlardan yalnız disklərinin icazə verilən ölçüdə olması bildirilmişdir. Həmçinin diqqətinizə çatdırırıq ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X13 nəzarəti qaydaları barədə” Təlimata müvafiq olaraq layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq verilməsi DİN BDYPl-nin Avtotexniki müfəttişlik şöbəsinin iş fəaliyyətinə aid olduğu üçün həmin şöbənin əməkdaşları tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan X16 Polis kapitanı X7 verdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 342.5, 327.2, 342.3 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin müəyyən edilmiş hallarından görünür ki, X16 Polis kapitanı X7 verdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş X5 Azərbaycan Respublikası İXM-nin 342.5, 327.2, 342.3 və 342.2.2-ci maddələrinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 X16 Polis kapitanı X7 verdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 X16 Polis kapitanı X7 verdiyi TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar