Məhkəmə qərarları › İş №3(012)-725/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-725/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-725/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X8, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Salyan rayonu, Maraşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X12 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X12 bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yaşayan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə yaşadığı evdə keçmiş qaynı X11 tərəfindən döyülməsi barədə məlumat vermiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-ın 102 xidmətinə verdiyi eyni məzmunlu müraciəti də materiala əlavə edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati protokol tərtib olunmuş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs1 bacısının əridir, bacısı Pərvanə ilə Hüseyn 2023cü ildə ailə qurmuş, sonradan aralarında yaranan mübahisə səbəbindən Pərvanənin onun yaşadığı evə gəlmişdir. xx.xx.2024-cü il də saat 21 radələrində 0, Hüseynlə Pərvanəni barışdırmaq üçün anası Cəmilə ilə birlikdə Hüseynin yaşadığı evə aparmış, orada Hüseynin anası İmmugülsüm onları qapıdan qovmuş və daş parçası ilə Pərvanənin qarnından vurmuş, bundan sonra 0, bacısı Pərvanəni xəstəxanaya aparmışdır. O, yaranmış mübahisə zamanı Hüseyni vurmamışdır, aralarında olan mübahisənin 5-10 dəqiqə davam etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, X11 onun keçmiş qaynıdır, arvadı Pərvanə ilə aralarında münaqişə olması səbəbindən həmin dövrdə 2 aydır ki, Pərvanədən ayrılmışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evə gəldikdə Yalçının onun anası İmmugülsümlə mübahisə etdiyini görmüşdür. O, Yalçından anası ilə mübahisə etməsinin səbəbini soruşmuş, bu barədə polisə şikayət edəcəyini demiş, bundan sonra Yalçın ona Qarabağ qazisi olğunu deyərək onun sifət nahiyyəsindən yumruqla zərbə vurmuş və dırnağı ilə onun əlinə xəsarət yetirmişdir. Ona görə də İnzibati xəta törədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 31 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 40 saylı rəyində göstərilmişdir Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin arxa səthinin, sağ əlin İV barmağının sıyrıqları kut əşya(əşyalar) təsirindən törənmişdir; qərarda göstərilən müddətdə və şəraitdə yəni 07.01 2024-cü ıl tarixdə sınmış şüşə qırıntılarının kəsməsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində X11 və anası X9 övladı X7 əri Zərərçəkmiş şəxs1 ilə barışdırmaq məqsədi ilə sonuncunun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən evə aparmışdır. Zərərçəkmiş şəxs1 anası X3 onları evdə qovduğuna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı X9 qəsdən X2 əli ilə itələyərək ona “sol əlin arxa səthinin sıyrıqları" xəsarətini yetirmiş, X11 isə qəsdən Zərərçəkmiş şəxs1 sifətinə və əlinə zərbə vurmaqla sonuncuya "sağ əlin arxa səthinin, sağ əlin İV barmağının sıyrıqları" ilə nəticələnən xəsarət yetirməklə onu döymüşdür, aparılmış araşdırma zamanı X1 X5 qarnına daş parçası ilə vurması xüsusatı öz təstiqini tapmamışdır. Odur ki, belə olan halda material üzrə cinayət işinin başlanması rədd edilməli, X6 və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati təsir tədbiri görülməsi məqsədi ilə və tərəflər arasında gələcəkdə baş verə biləcək jquqa zidd hadisələrin qarşısını almaq və qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində X11 və anası X9 övladı X7 əri Zərərçəkmiş şəxs1 ilə barışdırmaq məqsədi ilə sonuncunun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən evə aparmışdır. Zərərçəkmiş şəxs1 anası X3 onları evdə qovduğuna görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı X9 qəsdən X2 əli ilə itələyərək ona “sol əlin arxa səthinin sıyrıqları" xəsarətini yetirmiş, X11 isə qəsdən Zərərçəkmiş şəxs1 sifətinə və əlinə zərbə vurmaqla sonuncuya "sağ əlin arxa səthinin, sağ əlin İV barmağının sıyrıqları" ilə nəticələnən xəsarət yetirməklə onu döymüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi özünün və zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Adı çəkilən Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngüləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar