Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-726/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə X4 iştirakı ilə X4 MN seriyalı ******* nömrəli, 13.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : X5 şikayətlə məhkəməyə müraciət edərək, MN seriyalı ******* nömrəli, 13.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, 13.02.2021-ci il tarixdə saat 11:00 radələrində metronun Gənclik stansiyasının çıxışında yol kənarında taksi gözləyərkən ağ rəngli avtomobil qarşısında dayanmışdır. Avtomobildən düşmədən polis formasında bir şəxs ondan əvvəl nəyə görə tibbi maskadan istifadə etmədiyini irad bildirmiş, yanıldığını görəndə isə siqaret çəkməyinin qanunsuz olduğunu bildirmişdir. Halbuki,o, dayanacaqdan aralı məsafədə siqaret çəkdiyini bilidirmişdir .Həm də şənbə günü olduğundan avtobuslar işləmədiyi üçün ətrafında heç kim olmadığını bildirmişdir. Polis əməkdaşı ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. O da səxsiyyət vəsiqəsini təqdim etmişdir. Vəsiqəsini qaytararaq şifahi şəkildə qərarsız cərimə yazılacağını bildirmişdir. Heç bir protokol tərtib olunmamış və o, heç bir sənədlə tanış olub, imzalamadığını bildirmişdir.16.04.2021-ci il tarixdə sms bildirişi (barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə bağlı) vasitəsilə Abşeron Rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən şöbəyə dəvət edilmişdir. Şöbədə ona heç bir hüquqi əsası olmayan (vətəndaşın iştirakı olmadan qərar verilib) 09.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərar təqdim edilmişdir. Hazırki halda əməlində Azərbaycan Respulikasının İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, o, hesab edir ki, nəzərdə tutulmuş karantin qaydalarına uyğun olaraq tibbi maskadan istifadə etdiyinə baxmayaraq Nərimanov RPİ-nin 16-cı PB-nin sahə rəisi X6 tərəfindən qəbul edilmiş 13.02.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu,inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin ,səlahiyyətli orqanın(vəzifəli şəxsin)qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o,təqsirsiz hesab edilir. Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilən Bakı şəhər Nərimanov RPİ-nin 16-cı PB-nə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə, eyni zamanda telefonla protokolu tərtib etmiş şəxsə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Bakı şəhər Nərimanov RPİ-nin 16-cı PB -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13.02.2021-ci il tarixli MN ******* nömrəli protokola əsasən vətəndaş X5 tibbi maskadan istifadə etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.2. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli, inzibati xəta haqqında materiallar məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Nərimanov RPİ-nin 16-cı PB-nə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 şikayəti qismən təmin edilməli, MN seriyalı ******* nömrəli, 13.02.2021-ci il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə qəbul olunmuş MN seriyalı ******* nömrəli, 13.02.2021-ci il tarixli qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-726/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-726/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver