Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-726/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Şikayət verən Dilçi Necatın, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X1 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 rayon Polis İdarəsi DYPŞnin polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Dilçi Necat şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X2 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Dilçi Necat şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixində, saat 06:53-də Toyota RAV-4 minik markalı, 77YG143 nişanlı nəqliyyat vasitəsini idarə edərkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməyə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Abşeron DYP Yol Patrul Xidməti İnspektoru S.Abdullayev tərəfindən qərar qəbul edilmişdir. Patrul Xidməti İnspektoru S.Abdullayev tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2024-cü il tarixində səhər saat 06:30-07:00 radələrində Xırdalan bazarı istiqamətindən Bakıya doğru hərəkət edərkən, həmin yolda xidmət edən X4 saxla işarəsinə əsasən avtomobilini saxladığı zaman yol polisi mikrafonla ona avtomobilini irəli sürərək, sağa dönüb, əks istiqamətli, nəqliyyat axınının hərəkət zolağına keçib saxlamağını tələb etmişdir, o, da məcbur olub həmin əks hərəkət istiqamətinə dönüb avtomobilini saxladı. Hadisəni həmin an görüb müşahidə etmiş şahidləri də var. Bildirir ki, artıq o, bununla bağlı Respublikanın yuxarı instansiyalarına da müraciət ünvanlamışdır. Ona görə də barəsində qəbul edilən tam qanunsuz və əsassız olduğundan qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən qərarından şikayət verilən Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X2 bildirdi ki, protokol qanuni və əsaslıdır, bunu təsdiq edən görüntü də mövcuddur. Belə ki, xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan da göründüyü kimi xx.xx.2024-cü il tarixdə saat 06.53-də Toyota Rav-4 minik markalı 77 YG143 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1969-cu ildə Türkiyədə anadan olmuş Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Babək küçəsi, Quşçuluq massivində yaşayan Dilçi Necat tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin tələbini pozduğundan, yəni 1.1., 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyindən tərəfindən saxlanılmaqla onun barəsindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan protokol tərtib olunmuş və qərar qəbul edilmişdir. Saxlanılarkən tərəfindən heç bir qeyri etik ifadələr işlədilməmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmədə araşdırma zamanı həm şikayət verən şəxsin, həm də protokol tərtib edən şəxsin izahatı alınmış, həm də hadisənin görüntülərini əks etdirən kamera görüntüsünə baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, Dilçi Necatın şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və eyni tarixli TP ******* saylı görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06.54-də Xırdalan şəhəri, 30-cu məhəllədə olan ərazidə Toyota Rav -4 minik markalı ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqıiyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bununla da Dilçi Necat tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin bəndinə əsasən sürücü nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında- baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); ötmə qadağandır. Həmin qanunun 69-cu maddəsinin 1, 3 və 11-ci bəndinə əsasən 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir, 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, 1.11- yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdakılara əsasən hesab edirəm ki, Dilçi Necat haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.4-ci maddəsilə düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmədə hadisənin kamera görüntüsünə baxarkən qeyd olunan hallar müəyyən olunmuş, Dilçi Necat nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməsini etiraf etsə də, bunu qarşısında nəqliyyat vasitəsinin olması, onun YPX-nin əməkdaşının saxla işarəsi verdiyindən, yolunu davam etdirmək və sağda saxlamaq üçün əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməsi ilə izah etmiş və yenə də qərarın əsassız olmasını və ləğv edilməli olmasını bildirmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dilçi Necat xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və eyni tarixli TP ******* saylı görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06.54-də Xırdalan şəhəri, 30-cu məhəllədə olan ərazidə Toyota Rav -4 minik markalı ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin tələbinə uyğunsuzluq müəyyən edilmiş, ona görə də şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X2 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X2 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-726/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-726/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver