Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-726/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati Xəta haqqında Protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə xx.xx.1982-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 izahatında göstərmişdir ki, Şəxs 13 mart 2025-ci il tarixdə Sumqayıt-Bakı yolunun Abşeron rayonu hissəsindən keçən zaman avtomobillə olarkən digər sürücü Zərərçəkmiş şəxs adına qarşı qeyri-etik hərəkətlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz izahatında göstərdi ki, Ceyranbatan istiqamətində ötmə əməliyyatı edərkən arxadan gələn “Toyota RAV4” markalı avtomobil ondan yol istəyərək keçmək istəmişdir, lakin onun özüdə ötmə əməliyyatını həyata keçirdiyi üçün həmin avtomobilə yol verə bilməmişdir. Bundan sonra həmin avtomobil onu sağdan ötmə əməliyyatı edərək keçmiş və qarşısını kəsməyə cəhd edərək qəza şəraiti yaratmışdır. Daha sonra nalayiq hərəkətlər edərək orta barmağını avtomobilin pəncərəsindən çıxardaraq ictimai asayişi pozmuşdur. Daha sonra DİN-nin qaynar xətti olan 102 ilə əlaqə saxlamışdır. Həmin anları video görüntüyə alaraq onu “instagram” sosial şəbəkəsində patrul.az səhifəsində paylaşmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir nalaiq ifadələr işlətmədiyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı öz izahatında göstərmişdir ki, qeyd olunan tarixdə avtomobil ilə hərəkət edən zaman Bakı-Sumqayıt şossesində ötmə əməliyyatını həyata keçirmək üçün qarşısında olan avtomobildən yol istəmişdir. Lakin həmin avtomobil ona yol verməmiş, hətta ona baxaraq qıcıqlandırıcı hərəkətlər etmişdir. Daha sonra onun sağı ilə ötmə əməliyyatı etmiş və qarşısına keçərək manevrlər etmiş və ondan uzaqlaşmışdır. Bir müddət hərəkətdə olduqdan sonra Xırdalan qəbirstanlığı yaxınlığı Bakı-Sumqayıt şossesində həmin avtomobili təqib etmişdir. Ona çatdıqdan sonra avtomobilin şüşəsini endirərək ünvanına nalayiq ifadələr etmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlu müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını, habelə təqdim olunmuş video-görüntüdə nalayiq ifadələrə rast gəlinmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqdim olunmuş videogörüntüyə baxış keçirilən zaman Şəxs ictimai asayişi pozduğu müəyyən olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola, iş materiallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə Şəxs ilə əlaqədar inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, şəxsiyyətini, törədilmə şəraitini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün olduğundan onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsya 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsya 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-726/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-726/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver