Məhkəmə qərarları › İş №3(012)-729/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-729/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-729/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1984-cü il tarixdə Abşeron rayonunun Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında etibarnamə üzrə iştirak edən icra məmuru Ş. Əhmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 10 avqust 2022-ci il tarixdən başlayaraq, 27 aprel 2010-cu il təvəllüdlü X6 və 12 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 22 fevral 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Borclu icra vərəqi üzrə öhdəliyini icra etmədiyindən Abşeron rayon Məhkəməsinin 8(012)-317/2023 saylı qərardadına əsaəsn Abşeron rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra sənədinin icrasını təmin etmək üçün Şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu barəsində Abşeron rayon Məhkəməsinin 8(012)-375/2024 saylı qərardadına əsaəsn Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra sənədinin icrasını təmin etmək üçün Şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Tələbkar 17 mart 2025-ci il tarixdə şöbəyə ərizə təqdim edərək, icra sənədi üzrə borcun ödənilməsini, əks halda borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Şəxs hazırki tarixədək 1600 manat məbləğində ödəniş etmiş, hazırki günə olan ödənilməmiş borcu 10399 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirdi ki, o, məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçırmır, sadəcə həmin borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. O, icra vərəqəsi üzrə yaranmış borcundan hər ay hissə-hissə olmaqla ödəniş etməsi barədə tələbkarla razılığa gəlinmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, borclu Abşeron rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra sənədi üzrə borcunu icra etmədiyindən hazırkı günə 10399 manat borcu yaranmışdır. Hazırda icra sənədi üzrə borcun hər ay olmaqla hissə-hissə ödənilməsinə dair borclu ilə razılıq əldə edilmişdir. Ona görə də, Şəxs şikayətçi olmadığını və məhkəmədən onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:

1. Abşeron rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 10 avqust 2022-ci il tarixdən başlayaraq, 27 aprel 2010-cu il təvəllüdlü X6 və 12 may 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;

2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 22 fevral 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon Məhkəməsinin 8(012)-317/2023 saylı qərardadına əsaəsn Abşeron rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra sənədinin icrasını təmin etmək üçün Şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır;

4. Abşeron rayon Məhkəməsinin 8(012)-375/2024 saylı qərardadına əsaəsn Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra sənədinin icrasını təmin etmək üçün Şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır;

5. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında razılığa gəlindiyindən Şəxs şikayətçi olmadığını və onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını, icra işindəki sənədlərlə həmçinin tələbkarın məhkəməyə təqdim etdiyi ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə verdiyi izahatında, qısa müddətdə tələbkara olan borcunu hissə-hissə olmaqla ödəyəcəyinə dair söz vermiş, bu barədə sonuncu ilə razılığa gəlmişdir. Məhkəmə iclasında tələbkar öz izahatında borclu ilə razılığa gəldiyini bildirmiş, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini barədə ərizə təqdim etmişdir. Həmçinin alimentin qəsdən və qərəzli ödənilməməsinədair hər hansısübut məhkəməyə daxil olmamışdır. Beləliklə məhkəmə Abşeron rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(012)-314/2023 nömrəli icra sənədi üzrə borclu ilə tələbkar arasında razılıq əldə edilməsini və qəsdən aliment ödənilməməsi barədə sübutların kifayət etmədiyini nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətindədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar