Məhkəmə qərarları › İş №3(012)-73/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-73/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-73/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MTK - nın (bundan sonra - MTK) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MTK -nın ərazisində 390 ədəd ağac tinqi, kol və gül bitkilərinin müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan yeri dəyişdirilmişdir. Məhkəmə iclasının vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi və Şəxs MTK məlumatlandırılmalarına baxmaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbənləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs MTK -nın ərazisində 390 ədəd ağac tinqi, kol və gül bitkilərinin müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan yeri dəyişdirilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.5-ci maddəsinə əsaəsn inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdən göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.2.1 və 253-1.2.2-ci maddələri 2024-cü ilin noyabr ayında qüvvədən düşmüşdür. Məhkəmə hesab edir ki, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduğuna görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar