Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-730/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-5445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxsna ödənilməsi qərara alınmışdır. Tələbkar xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək, borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli qərara əsasən borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 4649 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əli Məcdunzadə məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, yaranmış borcun bir hissəsini nağd olaraq, digər hissəsini isə qəbzlə ödəmişdir. Onun tələbkara nağd olaraq vermiş olduğu pulu hazırda mübahisələndirəcəyini düşünməmişdir. Məhkəmədən narəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Alimenti həmişə rəsmi bank vasitəsi ilə ödədiyi halda, bəzi vaxtlar nağd şəkildə ödəməsini əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu tərəfindən hazırki vaxtadək 1301 manat pul ödənilmişdir. İcra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu ilə aralarında münasibətlər normal olmadığından onlar görüşməmiş, borclu ona heç vaxt nağd şəkildə pul vəsaiti verməmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-5445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxsna ödənilməsi qərara alınmışdır.. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, borclu barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, borclu barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.1971-ci il təvəllüdlü Abşeron rayonu, Masazır şosesinin şimalı ünvanında qeydiyyatda olan Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməyən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, yaranmış 4649 manat borcunu üzrsüz olaraq ödəməmişdir. Bank vasitəsi ilə ödənilən məbləğdən başqa vəsaitin ödənilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədinə əsasən öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş borcun ödənilməsinə laqeydlik göstərməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, əməlində inzibati xəta tərkibinin olduğu müəyyən edilir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, hər ay 175 manat aliment ödənilməli olduğu halda yaranmış 4649 manat borcun 26 ayı əhatə etməsini, yəni icra sənədi üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini, icra məmurunun çağırışlarına gəlməkdən yayınmasını nəzərə alaraq. Şəxs barəsində həbslə bağlı olmayan tənbehin verilməsinin məqsədə uyğun olmadığını, inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-730/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-730/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver