Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-733/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin Mehdiabad PB-nin, polis kapitanı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Bərdə şəhəri, Nizami küçəsi, ev 151 mənzil 47-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 00:40 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayon Pİ-in növbətçi hissəsində polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Şəxs xx.xx.2021-ci il tarixdə, saat 00:40 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayon Pİ-in növbətçi hissəsində polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron RPİ-nin polis əməkdaşı Əlnur Əhmədovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in polis əməkdaşı Sədi Məmmədov tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs barəsində xx.xx.2021-ci il tarixdə, saat 00:40 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayon Pİ-in növbətçi hissəsində polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Həmin vaxt onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin fakt əsasında Abşeron rayon Pİ-də araşdırma aparılmış, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Protokol tərtib edərkən Şəxs özünü aqressiv aparmışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Digah qəsəbəsində fərdi yaşayış evində kirayə yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində, kafedə spirtli içki qəbul etdikdən sonra, çıxıb küçədə ünvansız ucadan nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşı ona yaxınlaşaraq, onu nizamintizama dəvət etmişdir. Polis əməkdaşının sözlərinə məhəl qoymayıb, yenidən hərəkətlərini davam etmişdir. Onu nizam-intizama dəvət edən polis əməkdaşı ilə mübahisə etmiş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həddən artıq içkili olduğundan etdiyi hərəkətlərdən xəbəri olmamışdır. İşə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 2/5130 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 01:40-da müayinə olunarkən onda «orta sərxoşluq» müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin döddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti sərxoş halda olmuş şəxsin ayıldığı vaxtdan hesablanır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-733/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-733/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver