Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-733/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ağsu rayonunun Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin təhqiqatçısı, polis kapitanı Rəşad Salahov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən “Rahat Nəfəs” Yaşayış Kompleksində yerləşən vətəndaş Zərərçəkmiş şəxs mənzilindən ümumilikdə 185 manat dəyərində 1 ədəd yorğan, 1 ədəd balış, 1 ədəd ütü, 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd qab-qacaq dəsti və 1 ədəd duş başlığını talamışdır. 16 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun kirayə verdiyi Abşeron rayonu, Masazır kəndində yerləşən “Rahat Nəfəs” Yaşayış Kompleksində yerləşən mənzildən müxtəlif əşyalar oğurlayaraq 185 manat dəyərində ziyan vurmuşdur. Şəxs bir neçə dəfə dəymiş ziyanı ödəyəcəyini bildirsə də, lakin hazırki vaxta qədər ona hər hansı məbləğdə pul verməmişdir. Ona dəymiş ziyanı ödəyərsə, Şəxs şikayətçi olmayacağını, əks halda barəsində qanunauyğun tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş X2 qarşı “xırda talama” növündə inzibati xətanı törətmiş Şəxs gələcəkdə müəyyən edilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi, vətəndaş Zərərçəkmiş şəxs evində kirayə yaşamış Şəxs kommunal xidmətlərə olan 130 manat borcunu ödəməməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokuroruna göndərilməsi və materialın saxlanılması üçün Abşeron RPl-nin arxivinə verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs kapitanı Rəşad Salahov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində kirayə yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən “Rahat Nəfəs” Yaşayış Kompleksində yerləşən vətəndaş Zərərçəkmiş şəxs mənzilindən ümumilikdə 185 manat dəyərində 1 ədəd yorğan, 1 ədəd balış, 1 ədəd ütü, 1 ədəd qazan, 1 ədəd tava, 1 ədəd çaydan, 1 ədəd çaynik, 1 ədəd qab-qacaq dəsti və 1 ədəd duş başlığını talamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.1-ci mаddəsində göstərilir ki, ictimai işlər barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.3-cü mаddəsində qeyd оlunur ki, ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında Şəxs orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətaların xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və zərəri bir neçə günə ödəyəcəyinə söz verməsini nəzərə alaraq Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğu qənaətinə gələrək, barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-733/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-733/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver