Məhkəmə qərarları › İş №3(012)-736/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-736/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-736/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli, EQ 26664181 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli, EQ 26664181 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Cahangir Cahangirzadə ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, EQ 26664181 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, xx.xx.2025-ci il tarixində, saat 09:35-də M-l 129 km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində MAN TGX 18.440 Yük markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmək istəyir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də görsəndiyi kimi avtomobili yüklədiyi ərazidən 37 ton 460 kq, çəki ilə xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində ərazidən çıxmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 800 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxardılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bildirmək istəyir ki, idarə etdiyi avtomobil xx.xx.2025-ci il tarixində, 09:35 radələrində yük ilə kameraya düşmüş və bununla bağlı onun mobil telefonunda istifadə etdiyi SMS radar proqramına 600 manat məbləğində cərimə edilməsi barədə bildiriş gəlmişdir. O. dərhal Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən sertifıkatlı tərəziyə yaxınlaşaraq avtomobilin yükünü çəkdirmiş, həmin elektron tərəzi tərəfindən xx.xx.2025-ci il tarixində 11:53 radələrində verilmiş avtomobilin yükü barədə qaimədən də görsəndiyi kimi avtomobilin yük ilə birlikdə 37 ton 460 kq olmuşdur. İşə əlavə etdiyi sənəddən də göründüyü kim yük avtomobili limitdən artıq yüklənməmişdir. Hesab edir ki, onun tərəfimdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş tələblər pozulmadığından barəsində qəbul edilmiş qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar protokol tərtib edən orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən görünür ki, “MAN TGX 18 440 Yük” markalı ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olarkən 40.000 kq limit qoyulmasına baxmayaraq avtomobili 42 ton 800 kq yüklə idarə etmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 15 mart 2025-ci il tarixli, EQ 26664181 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 15 mart 2025-ci il tarixdə, saat 09:35-də “MAN TGX 18 440 Yük” markalı ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqrabilli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən təqdim olunmuş, iş materiallarına əlavə edilmiş 01274/3-2024 nömrəli ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, X4-2 SBC tipli ölmə cihazı sonuncu yoxlamadan keçmə tarixi isə xx.xx.2024-cü il tarix, növbəti yoxlamadan keçmə tarixi xx.xx.2025-ci il tarixində olması göstərilmişdir.

4. "xxxx" MMC tərəfindən verilmiş tərəzi qəbzindən müəyyən edilir ki, nəqliyyat vasitəsinin giriş vaxtı xx.xx.2025-ci il, saat 14:11:26 dəqiqədədir.

Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26664181 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “MAN TGX 18 440 Yük” markalı ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 mart 2025-ci il tarixdə, M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün sürücü X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən görünür ki, hərəkətdə olan “MAN TGX 18 440 Yük” markalı ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 42 ton 800 kq yüklə idarə edilmişdir. Bundan başqa X2 tərəfindən təqdim edilən tərəzi qəbzi isə mötəbər sübut kimi, elektron qərarın ləğv edilməsi əsası kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən: ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozumadığından, həmçinin mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli, EQ 26664181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 mart 2025-ci il tarixli, EQ 26664181 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar