Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-738/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1nun iştirakı ilə, X3 barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211,2-ci maddəsini pozduğuna görə Abşeron RPİ-nin rəis müavini polis-polkovniki X8 tərəfindən İnzibati xəta haqqında 03.04.2021 -ci il tarixli, MN n-0979088 saylı protokol qəbul edilmişdir. 03.04.2021-ci il tarixdə qəbul edilmiş qərar ilə o, razı olmadığı üçün etiraz edir. Belə ki, Abşeron rayonu, saray qəsəbəsi, 20 yanvar küçəsində yerləşən 8 saylı evinin qapısının yanında tək başına dayanan zaman Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X4 yanına yaxınlaşaraq, onunla zarafatlaşmış və əlində olan sənədlərə nəsə yazaraq, ondan bura imza çəkməyi xahiş etmişdir. O, etiraz edən zaman qorxma, sənin xeyrinə olan bir şeydir deyə onun hüquqi savadsızlığından, Azərbaycan polisinə olan etibarından sui-istifadə edərək, sözün əsl mənasında onu əli salaraq, öz evinin yanında maskasız dayandığı üçün üstəlik tək başına ona 100 manat məbləğində cərimə tətbiq etmişdir. Həmin vaxt ona heç bir sənəd təqdim edilməmiş və ona nəyə imza etdiyi izah olunmamışdır. Belə ki, 20.04.2021-ci il tarixdə ünvanına poçt vasitəsi ilə məktub göndərilmiş, həmin məktub Abşeron Rayon İcra və probasiya Şöbəsindən göndərildiyi və o 100 manat cərimə olunduğuna görə həmin pulu dövlətə keçirməyi qonşusu ona izah etmişdir. O, Abşeron rayon İcra və probasiya Şöbəsinə yaxınlaşaraq, barəsində qəbul edilmiş qərarı və protokolu əldə etmişdir. Bədrəddin onun savadsızlığından istifadə edərək onu aldatmış və öz həyətində maskasız gəzdiyi üçün cərimə edilmişdir. Hesab edirik, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və əməlində inzibati xəta tərkibi olmaması əsası ilə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Abşeron RPİ-nə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə məlumat verilsə də, məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozduğuna görə Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin barəsində inzibati tənbeh vermə haqqında 03.04.2021-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.1 Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 şikayətində qeyd olunan hallar qərarın ləğv olunması üçün əsas ola bilməz, ona görə də şikayət əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın, verilmiş şikayət təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-738/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-738/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver