Məhkəmə qərarları › İş №3(012)-74/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-74/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-74/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16038502 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16038502 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16038502 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərardan verilən şikayət özündə foto surəti əks etdirən faks mille vasitəsi ilə imzalanmışdır. Göründüyü kimi həmin imza X1 tərəfindən şəxsən imzalanmamışdır. Belə ki, özündə imza surətini əks etdirən faks miller etibarlı imza hesab edilə bilinməz, həmin imza başqa şəxs tərəfindən də icra edilə bilər. Şikayət isə prosessual sənəd hesab edildiyindən imzanın doğruluğu şübhə yaratmamalıdır və onu verən şəxs tərəfindən şəxsən imzalamalıdır. Azərbaycan Respublikası İXM-nin 64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16038502 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16038502 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etmək olar Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar