Məhkəmə qərarları › İş №3(012)-740/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-740/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-740/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs qızının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1989-cü il tarixdə Masallı rayonunun Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X7, küçə 17, bina 1A, mənzil 6 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-599/2023 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs qızının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 12 iyun 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 31 iyul 2023-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs barəsində 16 oktyabr 2024-cü il tarixdə protokol tərtib olunaraq, məhkəməyə verilmiş və məhkəmənin 3(012)-2191/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə inzibati xətaq haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Abşeron rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(01)-144/2024 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs birgə nikah dövründə qazanılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF X7, küçə 12, bina 1, mənzil 13 ünvanında yerləşən mənzilə görə isə 5000 manat məbləğində pulun Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti 167, AAAF X7, küçə 17, bina A1, mənzil 6 ünvanında yerləşən mənzilin təmirinə görə 2450 manat olmaqla ümumilikdə 17000 manat məbləğindı pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs qızına, həmçinin mülkü iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinıə görə 50 manat məbləğindıə pul vəsaitinin cavabdeh Şəxs alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinun hesabına ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 12 fevral 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 12 fevral 2025-ci il tarixli qərarına əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, 23 may 2023-cü il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)-144/2024 saylı, 06 dekabr 2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs hazırda ödənilməmiş 3246 manat aliment borcu və 17000 manat pul vəsaiti mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, onun hazıradək borclu olduğu icra vərəqəsi üzrə tələbkara borcdan cəmi 3246 manat məbləğində qaytarmışdır. O, borcunu vaxtlı-vaxtında ödəsə də, lakin son zamanlar maddi imkanında yaranmış çətinliklərə görə icra vərəqəsi üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. Qısa zaman müddətində borcunu ödəməyə çalışacağını bildirməklə, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs barəsində olan icra vərəqələri üzrə borcların tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir, belə ki, borclu dəfələrlə ona və icra məmuruna şifahi və yazılı formada borcu ödəyəcəyini bildirməklə onu aldatmış, nəinki borcu ödəməmiş, əlavə olaraq zənglərə cavab verməmiş onlarla əlaqə saxlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Abşeron rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-599/2023 nömrəli icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs qızının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir;

2. Abşeron rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-599/2023 nömrəli icra vərəqəsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 12 iyun 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Abşeron rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-599/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 31 iyul 2023-cü il tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir;

4. Şəxs barəsində 16 oktyabr 2024-cü il tarixdə protokol tərtib olunaraq, məhkəməyə verilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-2191/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə inzibati xətaq haqqında iş üzrə icraata xitam verilmişdir;

5. Abşeron rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(01)-144/2024 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs birgə nikah dövründə qazanılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF X7, küçə 12, bina 1, mənzil 13 ünvanında yerləşən mənzilə görə isə 5000 manat məbləğində pulun Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti 167, AAAF X7, küçə 17, bina A1, mənzil 6 ünvanında yerləşən mənzilin təmirinə görə 2450 manat olmaqla ümumilikdə 17000 manat məbləğindı pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs qızına, həmçinin mülkü iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinıə görə 50 manat məbləğindıə pul vəsaitinin cavabdeh Şəxs alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinun hesabına ödənilməsi qət edilmişdir.;

6. Abşeron rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(01)-144/2024 nömrəli icra vərəqəsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 12 fevral 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

7. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 12 fevral 2025-ci il tarixli qərarına əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-599/2023 saylı, 23 may 2023-cü il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)-144/2024 saylı, 06 dekabr 2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs tərəfindən öhdəliyin bir hissəsinin icra edilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilmiş, əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra sənədlərinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)- 599/2023 nömrəli və Abşeron rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(01)- 144/2024 nömrəli icra sənədləri üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını və digər halları qeyd etsə də məhkəmə qeyd olunan halları icra sənədlərinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar