Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-741/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 aprel 2023-cü il tarixli EP ******* saylı “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli **********4587 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. AZ0116, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC -nin İran İslam Respublikası, ‘BENDASH CHEMİCAL CO.” arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AZ012112 saylı müqaviləyə əsasən 030781 nömrəli, xx.xx.2020-ci il tarixli invoys üzrə Bakı Bas Gömrük idarəsində xx.xx.2020-ci il tarixli, **********4587 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1153.26ABŞ dolları dəyərində “1m2-nin kütləsi 150q və ya daha az olan kağız (rulonlarda)” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs “Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli, **********4587 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 15,759 (on beş min yeddi yüz əlli doqquz) manat təşkil edən 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru X3 məhkəmədə çıxış etməklə bildirmişdir ki, Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru Nümayəndə rəhbərlik etdiyi MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inizbati xəta törədilməsi barədə İnziabti xəta haqqında 00100- 00982/23 saylı Protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC onunla İİR „Bendash Chemical CO” arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli **********4587 nömrəli gömrük bəyannaməsi ilə Azərbaycan Respublikasından 1153.26 ABŞ dolları dəyərində kağız (rulonlarda) yükünü göndərmiş, qeyd olunan xarici iqtisadı fəaliyyət nəticəsində 9279 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. hesab edir ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş „Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 10 fevral 2017-ci il tarixli Fərmanının 12.2-ci bəndinin tələbinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Fərmanın 12.3-cü bəndinə görə Fərmanın 12.2-ci bəndinimicrasına Dövlət Gömrük Komitəsi nəzarət edir. Prortokoldän və məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi Prezidentin Fərmanında göstərilən 180 günlük müddət 2021 -ci ilin aprel ayında başa^ çatmışdır. İXM-nin 38-ci maddəsinə əsasən gömrük sahəsində inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. MMC-nin qeyd olunan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti 2022-ci ilin aprel ayında başa çatıb. Hazırkı inzibati xəta uzanan inzibati xəta deyildir. Maddi-qiymətli əmlak ölkədən xaricə bir bəyannamə ilə göndərilib, 180 gün müddətində vəsaitin müvəkkil banka köçürülməsi təmin edilməyib. Məsuliyyətə cəlb etmə müddəti 180-cı gündən sonrakı gün axmağa başlayıb, 16 aprel 2021-ci il tarixdə başa çatıb. Ona görə də, inzibati xəta üzrə icraata xitam verilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə prosesində iştirak edən Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru Nümayəndə məhkəmədə protokolla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxiİ olmuş 34/012/008104 nömrəli raporta əsasən, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli **********4587 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC -nin ünvanına Bakı Baş Gömrük İdarəsinə dəvət olunma barədə 1400-013/0xx-xx/003284 nömrəli xx.xx.2023cü il tarixli məktubla müraciət olunmuşdur. Şəxs MMC-nin direktoru X3 Bakı Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinə dəvət olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, AZ0116, ünvan 1 ünvanında qeydiyyatda olan “AZER PAK" MMC -nin İran islam Respublikası, “BENDASH CHEMİCAL CO.” arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AZ012112 saylı müqaviləyə əsasən 030781 nömrəli, xx.xx.2020-ci il tarixli invoys üzrə Bakı Baş Gömrük idarəsində xx.xx.2020-ci il tarixli, **********4587 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1153.26 ABŞ dolları dəyərində “1m2-nin kütləsi 150q və ya daha az olan kağız(rulonlarda)” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli, **********4587 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 15,759 (on beş min yeddi yüz əlli doqquz) manat təşkil edən 9270 (doqquz min iki yüz yetmiş) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə, barəsində protokol tərtib olunan şəxsin izahatını dinləyib, inzibati tənbeh barədə protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və "Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 1 illik müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Qeyd edilməlidir ki, Məcəllənin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın ümumi obyektini iqtisadi fəaliyyət, xüsusi obyektini gömrük qaydaları əleyhinə olan münasibətlər, bilavasitə obyektini isə valyuta tənzimi və valyuta nəzarəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Sözügedən inzibati xətanın obyektiv cəhəti isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında ifadə olunur. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Ona görə də hazırki xəta xx.xx.2020-ci il tarixdə ixrac olunan malın müqabilində 9279 ABŞ dolları məbləğində vəsaitin daxil olması üçün qanunda nəzərdə tutulan 180 gün müddətin bitməsilə başa çatmış hesab edilir və həmin əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti 17 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə inzibati xətanın törədildiyi vaxtdan iş məhkəməyə daxil olanda 01 ildən çox müddət keçmişdir. Hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXMnin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardandır. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 01 (bir) il müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olsa da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu səbəbdən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-741/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-741/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver