Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-741/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1980-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ″STEEL TRUCK″ MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, X8 küçəsi, ev 12A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(103)-2155/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 32000 ABŞ dolları (ekvalenti ödəniş gününə kursu manatla) tutularaq, Zərərçəkmiş şəxs Elşad oğlunun oğlundan tutularaq iddiaçı Zərərçəkmiş şəxs Elşad oğluna ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq icra vərəqəsi ilə bağlı 02 avqust 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra icra məmuru Şəxs mülkiyyətində olan “avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-832/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə sonuncunun mülkiyyətində olan “SCANİA 4X2” yük markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı və “SCHMİTZ” yarımqoşqu markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmuru borclunun mülkiyyətində olan “BMW 320” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 8(012)-484/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Baş Dövlət Yol Polis idarəsinin 04 fevral 2025-ci il tarixli məktubuna əsasən Şəxs oğluna məxsus “BMW 320” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırki vaxta qədər borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Borclunun bugünə olan borcu 32000 ABŞ dolları təşkil edir və həmin borcdan heç bir ödəniş etməmişdir. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Samir Qurbanov məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, onun hazırki vaxtadək ödəniş etməməsinin səbəbi maddi imkansızlığı və işsizliyi ilə əlaqədar olmuşdur. Hazırda borcundan ödəniş edə bilmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. X6 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Samir Qurbanov barəsində tərtib olunmuş inzibati protokol üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(103)-2155/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 32000 ABŞ dolları (ekvalenti ödəniş gününə kursu manatla) tutularaq, Zərərçəkmiş şəxs Elşad oğlunun oğlundan tutularaq iddiaçı Zərərçəkmiş şəxs Elşad oğluna ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(103)-2155/2022 saylı icra sənədi 02 avqust 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-832/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə sonuncunun mülkiyyətində olan “SCANİA 4X2” yük markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı və “SCHMİTZ” yarımqoşqu markalı, **- ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur;
4. Abşeron rayon Məhkəməsinin 8(012)-484/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Baş Dövlət Yol Polis idarəsinin 04 fevral 2025-ci il tarixli məktubuna əsasən Şəxs oğluna məxsus “BMW 320” minik markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmişdir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirərək hazırki vaxtadək ümumiyyətlə ödəniş etməməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 18 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Vaqif Həsənov