Məhkəmə qərarları › İş №3(012)-743/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-743/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-743/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili və nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 29 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus evin pəncərəsini və plastik qapısını sındırmaqla ona 2500 manat məbləğində maddi ziyan vurmaqla inzibati xəta törətmişdir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 3(012)-1170/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 3(012)-1170/2024 nömrəli qərarından Şəxs vəkili-nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 3(105)-1/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 3(012)-1170/2024 nömrəli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvanına bildiriş göndərilmiş, lakin onlar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi-vəkili Vəkil izahatında göstərdi ki, zərərçəkmiş şəxsin ona qarşı ziyan vurmaqla iddia etdiyi mənzil əslində Şəxs və onun sabiq arvadı X1 birgə nikahları dövründə birgə vəsaitləri hesabına tikdikləri evdir, lakin dövlət qeydiyyatından keçirilməmişdir, yəni özbaşına tikilidir. Bu barədə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1033/2023 saylı qətnaməsi vardır ki, həmin qətnamədən göründüyü kimi X1 Şəxs qarşı məhz həmin tikilidən çıxarılması barədə iddia tələbi məhz həmin tikilinin tərəflərin birgə vəsaiti hesabına əldə etdikləri tikili olması əsası rədd edilmişdir. Göründüyü kimi həmin evin zərərçəkən şəxs kimi qeyd olunan Zərərçəkmiş şəxs aid olması iş materialları ilə təsdiq olunmur. Habelə, həmin evə Şəxs tərəfindən hər hansı maddi ziyan vurulması Zərərçəkmiş şəxs izahatından başqa iş materiallarında hər hansı bir sübut yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi evin pəncərələrini və plastik qapısı sındırmış Şəxs müəyyən olunacağı təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində 29 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin məhkəmə baxışında Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus evin pəncərəsini və plastik qapısını sındırmaqla ona 2500 manat məbləğində maddi ziyan vurması hər hansı sübutla təsdiq olunmur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1033/2023 saylı qətnamədən göründüyü kimi X1 Şəxs qarşı məhz həmin tikilidən çıxarılması barədə iddia tələbi məhz həmin tikilinin tərəflərin birgə vəsaiti hesabına əldə etdikləri tikili olması əsası rədd edilmişdir. Göründüyü kimi həmin evin zərərçəkən şəxs kimi qeyd olunan Zərərçəkmiş şəxs aid olması iş materialları ilə təsdiq olunmur. Habelə, həmin evə Şəxs tərəfindən hər hansı maddi ziyan vurulması Zərərçəkmiş şəxs izahatından başqa iş materiallarında hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar