Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-745/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26675187 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 barəsində qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26675187 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət aidiyyəti məhkəməyə verilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsindən və ona əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26675187 nömrəli qərardan görünür ki, X1 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri Şabran rayonu, Mollakamallı kəndidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətşikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunvericiliyin tələbinə əsasən şəxs barəsində inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlidir, yalnız şəxsin vəsatəti əsasında şikayət ərizəsi onun yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxıla bilər. X3 tərəfindən şikayət ərizəsinə yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxılması ilə bağlı vəsatət əlavə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26675187 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayət vermiş şəxsə geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-745/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-745/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver