Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-747/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, Barəsində X8 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı X8 protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. X8 protokoldan və ona əlavə edilmiş sənədlərə görə ünvan 1 ünvanında xx.xx.2024cü il tarixdə, saat 12:20 radələrində keçirilən planlı yoxlama zamanı X2 keçmədən fəaliyyət göstərməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində X8 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Xalid Nəbiyev tərtib edilmiş protokola etiraz təqdim edərək bildirmişdir ki, Cəmiyyət barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli X8 protokolda qeyd olunur ki, ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixində, saat 12:20-də keçirilən yoxlama zamanı Şəxs MMC-nin əməkdaşı X1 keçməmə faktı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci və Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 49-1-ci maddələrinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010- cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 1.4-cü bəndinə əsasən əməkdaşımız X7 iş materiallarında olan əczaçılıq ixtisası üzrə ali təhsil pilləsinin bakalavriat səviyyəsinə yiyələnməsi ilə yanaşı, həmin ixtisas üzrə Azərbaycan Tibb Universitetində magistr səviyyəsinə də yiyələnmişdir. İş materiallarında olan əczaçılıq texnologiyası ixtisası üzrə X6 dövlət tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, AM № 037534 saylı magistr diplomu buna əyani sübutdur. X6 dövlət tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, AM № 037534 saylı magistr diplomu, qanunvericilik üzrə onu 5 (bes) il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək sertifikasiyadan keçməkdən azad edir. Məlum olduğu kimi ali təhsil pilləsinin bakalavriat səviyyəsi kimi magistratura (rezidentura) səviyyəsi də ali təhsil pilləsinin müvafiq ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutan bir səviyyəsidir.(Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 22.4-cü maddəsi). Məhz bu səbəbdən də təhsilalanlara verilən magistr diplomları aşağıdakı qanunvericiliyə əsasən ali təhsil haqqında dövlət sənədi hesab olunurlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericvilik aktlarından çıxış edərək hesab edir ki, əməkdaşları X5 qanunvericilik üzrə xx.xx.2026-cı il tarixədək sertifikasiyadan keçməkdən azad olunması sadalanan normativ hüquq aktlarında dispozisiya kimi yox, məhz imperativ norma kimi nəzərdə tutulmuşdur. Ona görə də belə olan halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə heç bir inzibati xəta mövcud deyildir. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə protokol tərtib edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində X8 iş üzrə icraat aparılan hüquqi şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-340/2024 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə həmin müəssisədə planlı ( növbəti ) yoxlama aparılması qərara alınmışdır; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* X8 protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:20-də ünvan 1 ünvanında fəaliyyət göstərən Zeytun Pharmaceuticals” MMC-də keçirilən planlı yoxlama zamanı X2 keçməməsi faktı aşkar edilmişdir. X3” Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024cü il tarixli, KY242090941 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə ( növbəti ) yoxlamanın keçirilməsi əsasında ünvan 1 ünvanında fəaliyyət göstərən ixtisasladırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışına məxsus Şəxs MMC-də aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir; Azərbaycan Tibb Universtetinin 22 aprel 2021-ci il tarixli, magistr diplomunun kserosurətindən görünür ki, X7 əczaçılıq ixtisasının əczaçılıq texnologiyası ixtisaslaşması üzrə magistr-elmi ixtisas dərəcəs verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən X8 iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X8 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 67-1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə işçilər sertifikasıyaya cəlb edilirlər. Sertifikasıyadan keçməyən işçilər praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 215-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barədə Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə X8 xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunarkən X5 xx.xx.2021-ci il tarixdə Azərbaycan Tibb Universitetində əczaçılıq texnologiyası ixtisası üzrə magistr təhsili alması barədə diplom nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən Ali və orta ixtisas müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. X7 xx.xx.2021-ci il tarixdə təhsil müəsissəsini bitirdiyi və bundan beş il keçmədiyi üçün onu işə cəlb edən Şəxs MMC-i tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin tələbləri pozulmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, protokolu tərtib etmiş orqan tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmamışdır. Belə ki qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli X8 protokolda sertifikatsız praktik tibb fəaliyyətinin həyata keçirilməsi, yəni X5 əczaçılıq fəaliyyəti ilə məşğul olması qeyd edilsə də, Azərbaycan Tibb Universtetinin 22 aprel 2021-ci il tarixli, magistr diplomunun surətindən görünür ki, ona əczaçılıq ixtisasının əczaçılıq texnologiyası ixtisaslaşması üzrə magistr-elmi ixtisas dərəcəsi verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs MMC-nin barəsində tərtib olunmuş X8 protokolda həmin MMCdə sertifikatsız özəl tibbi fəaliyyət ilə məşğul olma faktı aşkar edildiyi qeyd edilsə də, lakin məhkəmə iclasında təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 müvafiq diplomla əczaçı olaraq fəaliyyət göstərmişdir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC-nin barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə X8 protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X8 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X8 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda X8 iş üzrə icraata xitam verilməsi və ya X8 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-yə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış X8 iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-747/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-747/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver