Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-749/2023 29.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Laçın rayonu, Çıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinins Bölməsinin sahə rəisi, polis mayoru Şəxs protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Abşeron RPl-nin Təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli raportu, Sumqayıt şəhəri, 7/8 12-ci məhəllə, bina 11A, mənzil 32-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və vətəndaşın ‘VAZ 2106 markalı avtomobilinə əyləşərək 25 manat pulunu ələ keçirmiş və 15 manat gediş haqqını verməmiş şəxsin şəxsiyyəti və yerinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati təsir tədbirlərinin görülməsi barədə qərar daxil olmuşdur. Daxil olmuş qərarın icrası ilə bağlı həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində əməli törətmiş şəxsin xx.xx.1976-cı ildə Laçın rayonunda anadan olmuş, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Qərarın icrası ilə bağlı xx.xx.2023-ü il tarixdə Şəxs yaşadığı ünvana getmiş, A. Əlvəndovu küçədə görüb ona yaxınlaşıb özünü təqdim etmiş, onunla izahedici və profilaktiki söhbətlər aparılaraq hüquqi izah verilmiş və barəsində olan qərarın icrası ilə bağlı A. Əlvəndovu Abşeron RPİ-yə dəvət etmişdir.Həmin vaxt Şəxs ucadan danışmaqla səs-küy salmış və küçədə ictimai qaydanı pozmuşdur. O, A. Əlvəndovu nizam-intizama dəvət etsə də onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirməklə ictimai asayişin mühafizəsi üzrə vəzifələrini yerinə yetirərkən qanuni tələblərimə qəsdən tabe olmamış, səs-küy salaraq orada olan şəxslərin diqqətini özünə cəlb etmişdir.Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə Saray qəsəbəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. O. əvvəl həmin şəxslərin polis əməkdaşı olduğuna şübhəylə yanaşdığından nalayiq ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ‘VAZ 2106 markalı avtomobilinə əyləşərək 25 manat pulunu ələ keçirmiş və 15 manat gediş haqqını verməmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 28 may 2022-ci il tarixdə taksi sürücüsü Zərərçəkmiş şəxs aldadaraq 40 manat pulunu almışdır. Bundan başqa o, Masazır kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır ona görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-cı və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan AZ 013924 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 aprel 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan, Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227.1 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Şəxs törətdiyi əməldən peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən sonuncunun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, əmlak vəziyyətini və Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 227 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və 23 gün müddətə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-749/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-749/2023
29.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver