Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-750/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1966-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1764/2022 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3267/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən, qanunsuz olaraq iddiaçıya məxsus pul vəsaitini saxladığı üçün gecikdirilmiş faiz borcunun illik 5% hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ödənilməmiş qalan əmək haqqına illik beş faiz hesablanmaqla cəmi 231,72 manat cavabdeh «X5 LTD» MMC-dən tutularaq ona ödənilməsi, qətnamənin cavabdeh “X5 LTD” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatının alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 dövlət rüsumunun 5,40 manat hissəsinin cavabdeh “X5 LTD” MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, tələbkar şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 izahatında bildirdi ki, tələbkarın onlara 14500 manat borcu var. Həmin məsələ prokurorluqda araşdırılmış və aidiyyəti üzrə polis idarəsinə göndərilmişdir. Tələbkara olan borcdan isə 1300 manat ödəniş etmişdir. Eyni zamanda icra şöbəsi tərəfindən tələb "xxxx" Qida Sənaye LTD MMC-nin mülkiyyətində olan “Kamaz” markalı yük avtomobilinə yönəldilərək qiymətləndirmə aparılmış, satışı ilə bağlı icra hərəkətləri davam etdirilir. Həmin avtomobil satıldığı təqdirdə borc məbləği tam bağlanacaqdır.Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin direktor olduğu "xxxx" Qida Sənaye LTD MMC borcdan ödəniş etmiş və borcunu ödəməkdən yayınmaq niyyətində deyildir. Göründüyü kimi icra şöbəsi tərəfindən tələb Aysu” Qida Sənaye LTD MMC-nin mülkiyyətində olan “Kamaz” markalı yük avtomobilinə yönəldilərək qiymətləndirmə aparılmış, satışı ilə bağlı icra hərəkətləri davam etdirilir. Bu səbəbdən də, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1764/2022 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3267/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən, qanunsuz olaraq iddiaçıya məxsus pul vəsaitini saxladığı üçün gecikdirilmiş faiz borcunun illik 5% hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ödənilməmiş qalan əmək haqqına illik beş faiz hesablanmaqla cəmi 231,72 manat cavabdeh «X5 LTD» MMC-dən tutularaq ona ödənilməsi, qətnamənin cavabdeh “X5 LTD” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatının alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 dövlət rüsumunun 5,40 manat hissəsinin cavabdeh “X5 LTD” MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1764/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşin materiallarına əlavə olunmuş qəbzlərin surətlərindən görünür ki, 1300 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs hesabına köçürülmüşdür. İş materiaaalından göründüyü kimi icra şöbəsi tərəfindən tələb "xxxx" Qida Sənaye LTD MMC-nin mülkiyyətində olan “Kamaz” markalı yük avtomobilinə yönəldilərək qiymətləndirmə aparılmış, satışı ilə bağlı icra hərəkətləri davam etdirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun vəkilini və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1764/2022 saylı icra vərəqəsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. "xxxx" Qida Sənaye LTD MMC-nin direktoru Şəxs2 məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-750/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-750/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver