Məhkəmə qərarları › İş №3(012)-752/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-752/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-752/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Göyçay rayonunun, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonunun, Bığır kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nizami küçəsində yerləşən fərdi evdı yaşayan (***-***-**-**) Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 18 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Ramin Abbaov izahat verərək bildirdi ki, polis əməkdaşı xx.xx.2024-cü il tarixdə xidməti təhvil verib evə gedərkən Xırdalan şəhərində Misir parkının bir nəfər şübhəli vətəndaş görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdikdə şəxs uzaqlaşmaq istəyərək, tabesizlik göstərmiş, bu zaman 5716 saylı çağırışlı avtopatrulu çağıraraq həmin şəxs Abşeron rayon RPİ-nə gətirilmiş və oradan onun 1991-ci il təvəlüüdlü Şəxs olması müəyyən olunmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Abşeron RPİ-nin PPX-nin əməkdaşı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Misir parkının yaxınlığında olarkən saxlanılmış, polis əməkdaşları onun içkili olub-olmamasını müəyyən etmək üçün onu Narkoloji Dispanserə aparmışlar. Müayinə zamanı onun sidiyində narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitə gəzdirməsində və daşınmasında şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirilmişdir. Ona üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi barədə məlumat verilmiş, daha sonra video-çəkiliş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış və götürmə keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində dövriyyəsi qadağan olan predmet olubolmaması soruşulmuş, varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, narkotik vasitə olan marixuana istifadə etdiyini, lakin üzərində dövriyyəsi qadağan olunmuş predmet üzərində olmadığını demiş, bundan sonra üzərinə axtarış keçirilmiş və hər hansı bir dövriyyəsi qadağan olan predmet tapılmamış, bütün bu proseslər video görüntüyə çəkilmişdir. O, sonuncu dəfə 3-4 ay əvvəl narkotik vasitədən istifadə etmişdir. Əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı X2 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 09:40-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 2384 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabionidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin halhazırda müayinə zamanı sonuncu narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkamiyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin ailədə qazanc gətirən yeganə şəxs olmasını və onun himayəsində azyaşlı uşaqlarının olmasını, , həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası cərimə hissəsində Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, icrasına nəzarət isə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar