Məhkəmə qərarları › İş №3(012)-753/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-753/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-753/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-nin Mehdiabad PB-in polis sahə rəisi, X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227 -ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ Mehdiabad PB-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs 2022-ci ilin noyabr ayında usta kimi fəaliyyət göstərdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobil təmir sexində Zərərçəkmiş şəxs məxsus avtomobili təmir edəcəyi adı ilə aldadıb, sonuncudan 160 manat məbləğində pulu alaraq ona dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokollar tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron RPİ-nin Mehdiabad PB-in polis sahə rəisi, X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, qeyd olunan dələduzluqla bağlı daxil olmuş ərizə əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən törədilən əməldə inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron RPİ-in PB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, qeyd olunan əməlin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, usta kimi fəaliyyət göstərdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən avtomobil təmir sexində Zərərçəkmiş şəxs məxsus avtomobili təmir edəcəyinə görə sonuncudan 160 manat məbləğində pul almışdır. Daha sonra avtomobili təmir etməmişdir. Həmin avtomobildən kimyəvi və ya reaksiya sürətini artıran və ya azaldan sadə və ya qarışıq maddələri tənzimləyən cihazı özü götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qayınatasına məxsus Lada Larqus markalı avtomobili Gənclər şəhərciyində yerləşən avtomobil təmiri sexindən təhvil almış, məlum olmuşdur ki, orada usta işləmiş Şəxs avtomobilin dam və alt hissəsini, həmçinin cihazlar panelini təmir etmiş, lakin razılaşmaya əsasən oturacaqları da təmir etməli olduğu halda təmir etməmiş, avtomobilin yük hissəsinin 1 ədəd dəyəri 60 manat olan şüşəsi və 100 manat dəyərində 2 ədəd arxa qapıların iç hissələri Şəxs tərəfindən oğurlanaraq ona 160 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobilin üzərindən kimyəvi və ya reaksiya sürətini artıran və ya azaldan sadə və ya qarışıq maddələri tənzimləyən cihaz Cəmaləddin tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnizbati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:55-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, şikayət ərizəsi əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Mehdiabad PB-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilən hallara görə Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama görə, 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə, 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamağa görəcinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Protokolu tərtib etmiş şəxisn, barəsində icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarından aydın göründüyü kimi Şəxs zərərçəkmiş şəxsdən avtomobili təmir edəcəyi adı ilə müvafiq olaraq 160 manat məbləğlərində pul almış, daha sonra Camələddin Abbasov avtomobilin kimyəvi və ya reaksiya sürətini artıran və ya azaldan sadə və ya qarışıq maddələri tənzimləyən cihazı oğurlamışdır. Daxi omuş şikayət əsasında işi araşdıran təhqiqatçı tərəfindən qeyd edilən cihazın dəyəri müəyyən edilməsi üçün eskpertiza keçirilməmiş və ya mütəxəssis tərəfindən rəy əldə etməmiş şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edərək, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərar qəbul etmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olduğundan, lakin həmin faktlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyindən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq materiallar Abşeron rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və materiallar Abşeron rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar