Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-757/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X7 katibliyi, Şikayət verən X3 iştirakı ilə, X3 Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə 17 may 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X5 bildirdi ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, AR İXM-nin 211.2 maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Həmin protokol və onun əsasında apalımış inziabti xəta haqqında işinə dair qəbul edilmiş qərarla razı-deyildir. Belə ki, 15.03.2021-ci il tarixində Zabitlər parkında yoldaşı ilə gəzərkən polis əməkdaşı tərəfindən maska taxmamaqla bağlı saxlanılmış, maskanı qanunlara uyğun şəkildə taxmağına və bu haqda polis əməkdaşına məlumat verməyinə baxmayaraq, polis əməkdaşı mobil telefonu vasitəsi ilə onun şəxsiyyətini müəyyən etmiş və ona cərimə yazdığını bildirmişdir. Ancaq hər hansı protokol və ya qərarla tanış edilmədən ona təqdim olunmamamışdır. Azərbaycan Respublikası İXM- nın 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunduğuna dair ona 02.04.2021 -ci il tarixində SMS gəlmişdir. Bu haqda qərar və protokolu isə 29.04.2021-ci ıl tarixində özü polis idarəsinə yaxınlaşaraq əldə etmişdir. O, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olmasını nəzərə alıb ləğv edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X2 məhkəmə iclası barədə lazımı qaydada məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 15 mart 2021-ci il tarixdə 15.03.2021 - ci il tarixində Zabitlər parkında həyat yoldaşı ilə gəzərkən polis əməkdaşı tərəfindən həyat yoldaşının maska taxmaması ilə bağlı o saxlanılmış, həyat yoldaşınının maskasını qanunlara uyğun şəkildə taxmağına və bu haqda polis əməkdaşına məlumat verməyinə baxmayaraq mobil telefonu vasitəsi ilə onun şəxsiyyətini müəyyən edib ona cərimə yazdığını bildirmişdir. 02.04.2021-ci il tarixində həyat yoldaşınına Azərbaycan Respublikası İXM- nın 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunduğuna dair SMS gəlmişdir. 29.04.2021-ci ıl tarixində onlar polis idarəsinə yaxınlaşaraq bu haqda qərarı və protokolu əldə etmişlər. İş materiallarını nəzərdən keçirib, şikayətçini və şahidi dinləyib hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki inzibati işin materiallarında olan qərardan görünür ki, X5 barəsində tərtib olunmuş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 15.03.2021 - ci il tarixində Zabitlər parkında həyat yoldaşı ilə gəzərkən polis əməkdaşı tərəfindən maska taxmamaqla bağlı saxlanılıb epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydaları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə şahid qismində dindirilən X4 ifadəsinə qiymət verərkən belə nəticəyə gəlir ki, o, şikayətçinin yaxını olduğu üçün onu inzibati məsuliyyətdən azad etmək üçün müdafiə xarakterli ifadə vermişdir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X5 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nin sahə rəisi X1 tərtib etdiyi 15.03.2021ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-757/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-757/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver