Məhkəmə qərarları › İş №3(012)-759/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-759/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-759/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəşisi vəkil X6 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Salyan rayonu, Pratman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, ev 24 ünvanında qeydiyyatda olan həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-702/2020 saylı, 11.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs uşaqlar 19.06.2011-ci il təvəllüdlü X14 və 19.08.2014-cü il təvəllüdlü X16 ilə hər həftənin bazar günü saat 14:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Şəxs X5 övladları ilə ünsiyyətini təmin etmədiyindən və bununla bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə onun barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilib baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (Hakim Ş.Nəcəfova) Şəxs (xx.xx.1987-cü il tarixdə Salyan rayonu, Pratman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 3 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan) barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Məhkəmənin qərarından narazı qalan Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-20/2021 saylı, 10.03.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, Şəxs barəsində olan inzibati xəta haqqında işin yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati protokol tərtib edən Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X13 protokolla eyni məzmunlu izahat verməklə Şəxs barəsində inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, icra sənədinin icrasından boyun qaçırmır. Uşaqlar ataları ilə görüşmək istəmirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X15 məhkəmədəki izahatında göstərdi ki, Abşeron rayon icra və probasiya şöbəsinin icraatında tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs qarşı uşaqla ünsiyyət tələbi üzrə icra işi vardır. Həmin icra işi icra məmurları X13 və X17 tərəfindən aparılır.Hər iki icra məmuru icra işini qanunun tələblərinə uyğun şəkildə deyil, Zərərçəkmiş şəxs istəklərinə uyğun şəkildə həyata keçirirlər. Belə ki, qanunvericilik bu məsələdə uşağın mənafeyinin əsas götürülməsini tələb etdiyi halda, icra məmurları yalnız atanın mənafeyindən çıxış edirlər. Uşaqların, xüsusilə də 19.06.2011-ci il təvəllüdlü X7 atası ilə görüşmək istəməməsinə görə ananı günahlandırılar. Halbuki, borclu Şəxs atanın uşaqları ilə görüşünə qarşı deyil, buna heç vaxt mane olmamışdır və bu səbəbdən atanın uşaqla ünsiyyət tələbinə dair çıxarılan qətnamədən apelyasiya şikayəti də verməmişdir. Eyni zamanda, borclu icra işindən yayınmamış hər dəfə icra şöbəsinin çağırışına uyğun olaraq gəlmiş və uşaqları gətirmişdir. Lakin, uşaqlar, xüsusilə də 19.06.2011-ci il təvəllüdlü X14 atası ilə görüşmək istəmir. Bu da uşağın atası ilə bağlı keçmişdəki mənfi xatirələrindən irəli gəlir. Ana uşaqla atası ilə görüşməsi üçün söhbət aparsa da, uşaq qəti şəkildə bu ünsiyyətə qarşıdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra işi ilə bağlı dəvət etdiyi psixoloq isə, uşaqla normal söhbət aparmaq və ata ilə görüşə həvəsləndirmək əvəzinə uşağa atasının pulunun çox olması barədə söhbətlər aparmışdır. Göründüyü kimi, icra məmurları X13 və X17, habelə mütəxəssis (psixoloq) X3 tərəfindən uşaq bu ünsiyyətə məcbur edilir ki, bu da, uşağın psixikasına mənfi təsir edir və onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Çünki, 19.06.2011-ci il təvəllüdlü X14 həm ölkədaxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyə əsasən, fikri öyrənilən və nəzərə alınan bir yaşdadır. Göründüyü kimi, iş materiallarına əsasən inzibati xətanın aşkara çıxarıldığı gün 09.10.2020-ci il tarixidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məsuliyyətə cəlb etmə müddəti 3 aydır. Hazırda xətanın aşkara çıxarıldığı gündən 7 aydan çox keçmişdir. Bütün bu qeyd edilənlərə görə icra məmurları tərəfindən iş üzrə tərtib edilmiş protokol əsassız olduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən başlanmış icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı bildirdi ki, uşaqları 19.06.2011-ci il təvəllüdlü X14 və 19.08.2014-cü il təvəllüdlü X1 üçün vaxtlı vaxtında aliment ödədiyi halda, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-702/2020 saylı, 11.02.2020-ci il tarixli icra vərəqəsinin icra olunmasından üzürsüz boyun qaçırır, buna görə də Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-702/2020 saylı, 11.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs uşaqları 19.06.2011ci il təvəllüdlü X14 və 19.08.2014-cü il təvəllüdlü X16 ilə hər ay həftənin bazar günü saat 14:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 14.05.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs qətnamənin icrasından bilərəkdən yayınır və o, Zərərçəkmiş şəxs uşaqları 19.06.2011-ci il təvəllüdlü X14 və 19.08.2014-cü il təvəllüdlü X16 ilə görüşmələrini təmin edəcəyini bildirmişdir. Bununla bağlı Sumqayıt apelyasiya məhkəməsinin 10.03.2021-ci il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsi qərarında barəsində inzibati iş üzrə icraat başlanmış şəxsin gələcəkdə uşaqları ilə atalarının görüşmələrini təmin edəcəyini bildirməsini nəzərə alaraq, Şəxs əməlində inzibati xətanın olmadığını göstərsə də, qeyd olunan hal barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxsin inzibati məsuliyyətdən azad olunması üçün deyil, ona təyin edilən inzibati tənbeh tədbiri növünün müəyyən edilməsində istinad edilən bir hal ola bilər.Birinci instansiya məhkəməsi qərarında Şəxs qətnamənin icrasından bilərəkdən yayınmadığını qeyd etsədə, nəyə əsasən belə bir nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini qəsdən və qərəzli şəkildə bilərəkdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə borclu Şəxs qətnamənin icrasına maneçilik törətməməsi ilə bağlı izahatını səmimi və inandırıcı hesab etmir. Bundan başqa 09.10.2020-ci il tarixli tələbkar Zərərçəkmiş şəxs, cavabdeh X4, mütəxəssis (psixiloq) X2 və hal şahidi X8 iştirakı ilə tərtib edilmiş aktdan da göründüyü kimi icra sənədinin icrasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs övladları X14 və X16 ilə növbəti görüşü mütəxəssisin iştirakı ilə 09.10.2020-ci i tarixdə saat 11:00-da Abşeron rayon icra və probasiya şöbəsinin inzibati binasında həyata keçirilmişdir. Uşaqların əsas da X7 atasına qarşı çox aqressiv olduğu müşaiyət olunmuşdur. Aparılan müşahidələr və mütəxəssis (psixiloq) X2 fikirlərinə əsasən hər iki uşağın mühiti və kənar şəxslərin təsirinə əsasən ataya qarşı bu cür münasibət göstərdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar