Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-76/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs AR DİN BDYPİ-nin İ tağım yol patrul xidməti inspektoru, polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Qazı- Məmməd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 yanvar 2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 yanvar 2022ci il tarixdə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində etibarnamə əsasında idarə etdiyi “Renault Symbol minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmış, aparılmış araşdırma zamanı sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs AR DİN BDYPİnin İ tağım yol patrul xidməti inspektoru, polis serjantı X2 tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun izahat verərək göstərdi ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində etibarnamə əsasında idarə etdiyi “Renault Symbol minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış, aparılmış araşdırma zamanı sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Sonda o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, 09 yanvar 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Renault Symbol minik” markalı, **-ZT- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Quba yolunda hərəkətdə olduğu zaman manevr qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları onu sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dəvət etmişlər. Həkim onu müayinə etdikdən sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Sonda o, narkotik vasitələrdən hərdən istifadə etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli, 1/132 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman narkotik vasitə və psixotrop maddələrin təsirindən sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan AC 248195 saylı, B kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs 14 mart 2019-cu il tarixdə sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi 14 mart 2029-cu il tarixədək etibarlıdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində etibarnamə əsasında idarə etdiyi “Renault Symbol minik” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılmış, aparılmış araşdırma zamanı sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-76/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-76/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver