Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-760/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-in sahə rəisi, polis kapitan X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Atatürk küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsinin Mehdiabad PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 03.05.2021-ci il tarixdə, saat 12 radələrində, Narkoloji Mərkəzdə müayinədən keçərkən sidiyində narkotik vasitə aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-in sahə rəisi, polis kapitan X2 izahatında göstərmişdir ki, 03.05.2021-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Şəxs rayon PB-nə dəvət edilmişdir. PB-də Şəxs narkotik vasitələrdən istifadəçisi olduğunu bildirmişdir. Bununla əlaqədar Şəxs müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, narkotik vasitədən istifadə edir. 03.05.2021-ci il tarixdə Mehdiabad qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, onu PB-nə dəvət etmişlər. PB-də narkotik vasitələrdən istifadəçisi olduğunu bildirmişdir. Onu müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş, 03.05.2021-ci il tarixli, 1331 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs 03.05.2021-ci il tarixdə, saat 12:43-də müayinə olunarkən sidiyində narkotik vasitə MET(+) istifadə etməsi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 03.05.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 03.05.2021-ci il tarixdə, saat 12:40-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolu və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 03.05.2021-ci il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-760/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-760/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver