Məhkəmə qərarları › İş №3(012)-763/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-763/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-763/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, A.Ələsgər küçəsi, ev 31, mənzil 2-də yaşayan Şəxs oğlu barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin sahə rəisi, polis mayoru X4 bilmişdir ki, Şəxs oğlu 06.08.2020-ci il tarixdə yaşadığı ünvandan anası X9 məxsus 80 manat dəyərində 5 litrlik samovarı gizli yolla talamaqla maddi ziyan vurmuşdur. 17.08.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 30.12.2020-ci il tarixdə saat 08 radələrində Sulutəpə qəsəbəsi ərazisində müraciət müəllifinin idarə etdiyi taksiyə müştəri qismində əyləşərək Xırdalan şəhəri, MD-23 yaşayış massivi ərazisində yerləşən Milla süd zavodunun yaxınlığında avtomobildən düşmüş və düşərkən Zərərçəkmiş şəxs3 məxsus avtomobilin açarını gizli olaraq talamaqla şikayətçiyə 100 (bir yüz) manat məbləğdə ziyan vurmuşdur. 09.01.2021ci il tarixdə Abşeron rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.03.2021-ci il tarixdə saat 23:55 radələrində Sulutəpə qəsəbəsində Zərərçəkmiş şəxs2 oğluna məxsus 70 (yetmiş) manat 20 qəpik manat dəyərində elektrik naqilini gizli yolla talamaqla maddi ziyan vurmuşdur. 05.04.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 05.10.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində “BazarStore” adlı marketin qarşısında Zərərçəkmiş şəxs5 Təvəkgül oğlunun etibarından istifadə edərək ona məxsus 200 manat məbləğində pulu almaqla dələduzluq etmişdir. Nəticədə ona 200 manat dəyərində ziyan vurmuşdur. 17.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 28.10.2020-ci il tarixdə “Hyundai Elantra” markalı üzərində Haval markalı avtomaşına məxsus ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sulutəpə dairəsində yerləşən Metail yanacaq doldurma məntəqəsinə daxil olaraq Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edərək 44 manat dəyərində yanacaq doldurub pulunu ödəmədən çıxıb getmişdir. Nəticədə ona 44 manat dəyərində maddi ziyan vurmuşdur. 06.11.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 17.09.2020-ci il tarixdə X5 “Opsimid” xəstəliyindən əziyyət çəkən azyaşlı qızına kömək etmək adı ilə ondan bank kartının nömrəsi və şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, həmin məlumatlarla Elvin Cəfərovun kartından dələduzluq yolu ilə 142 manat pulunu çıxararaq dələduzluq etmişdir. 28.09.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 11.09.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, Beton zavodun yanında yaşayan Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Sulutəpə dairəsində cibindən 32 manat pulunun oğurlanması nəticəsində maddi ziyan vurmuşdur. 21.09.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 11.02.2021-ci il tarixdə X3 işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsində yerləşən köşkə gələrək oradan 78 manat dəyərində ərzaq məhsulları alıb etibardan sui-istifadə etməklə həmin pulu ödəmədən əmlakı ələ keçirmişdir. Nəticədə ona 78 manat dəyərində olan maddi ziyan vurmuşdur. 21.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 13.02.2021-ci il tarixdə saat 12:09-da Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yerləşən “BazarStore” adlanan marketin yaxınlığında Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək onu aldadaraq 350 manat plunu dələduzluq yolu ilə ələ keçirmişdir. Nəticədə ona 350 manat dəyərində maddi ziyan vurmuşdur. 23.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, 14.02.2021-ci il tarixdə 16 radələrində naməlum şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 217-də yaşayan X1 işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəsəbəsi dairəsində yerləşən köşkə yaxınlaşaraq 100 manatlıq pulu xırdalamaq adı ilə 90 manat pulunu aldatmaqla ələ keçirmişdir. Nəticədə ona 90 manat dəyərində ziyan vurmuşdur. 23.02.2021-ci il tarixdə Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı X17 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 may 2021-ci il, saat 17:30 dəqiqədən hesablansın. Qərarın icrası Aberon rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar