Məhkəmə qərarları › İş №3(012)-764/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-764/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-764/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati tənbeh vermə barədə protokol vermiş icra məmuru X7, tələbkarlar X1, X2 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Lənkəran şəhəri, X13 küçəsi, 123 ünvanında qeydiyyatda olan həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X14 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 protokolu müdafiə edərək bildirdi ki, 27.04.2021-ci il tarixli qərarı ilə bir icraatda birləşdirilmiş icra sənədlərini icra etməmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-497/2019 saylı, 31.05.2019-cu il tarixli qərarına əsasən Abşeron rayon məhkəməsinin 2(012)-7495/2016 saylı, 05.12.2016-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-3180/2017 saylı, 13.06.2017-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-702/2018 saylı, 05.03.2018-ci il tarixli, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 saylı, 10.05.2018-ci il tarixli, Sumqayıt İnzibati- İqtisadi məhkəməsinin 2-2(85)-187/2018 saylı, 23.05.2018-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-539/2017 saylı, 13.09.2017-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-578/2018 saylı, 11.01.2018-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-5128/2018 saylı, 30.10.2018-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3185/2018 saylı, 13.03.2019-cu il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-302/2019 saylı, 09.01.2019-cu il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-171/2018 saylı, 30.01.2018-ci il tarixli, Abşeron rayon məhkəməsinin 2(012)-646/2019 saylı, 09.04.2019-cu il tarixli və Abşeron rayon məhkəməsinin 2(012)-1297/2019 saylı, 10.05.2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda həmin şirkətdə direktor vəzifəsində işləmir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar X3 borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X4 borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs mülkiyyətində heç bir əmlakı yoxdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2656/2020 saylı 28 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(105)-296/2020 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(102)-3602/2020 saylı qərarı ilə xxxx MMC və X9 arasında Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən AAAF-Park yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin alqı-satqısı barədə 23 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzilin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında yerləşən AAAF-Park yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin alqı-satqısı üzrə dəymiş zərərin əvəzi kimi 2970 manat ilkin ödəniş, həmin mənzilin alınmasına görə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş və cavabdehə ödənilmiş 26670 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 25 manat dövlət rüsumunun əvəzi xxxx MMC-dən alınaraq X5 qaytarılması və iddia tələbi qalan hissədə təmin edilməsin hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan başqa iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)- 3806/2020 saylı, 26 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X15 ilə “xxxx” MMC arasında bağlanmış 15 mart 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqısatqısı haqqında bağlanmış müqavilənin ləğv edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, 15 mart 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən X15 tərəfindən “xxxx” MMC-yə ödənilmiş 43908 (qırx üç min doqquz yüz səkkiz) manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən alınaraq X12 geri qaytarılması, iş üzrə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulub X12 verilməsi qət edilmişdir. İş materiallarında olan 23.03.2021-ci il tarixli qərardan görünür ki, Şəxs direktor vəzifəsindən azad edilmiş, cəmiyyətin direktoru səlahiyyətlərini müvəqqəti olaraq icrası icraçı direktor X6 həvalə olunmuşdur. İş materiallarında olan 04.05.2021-ci il tarixli xxxx MMC-nin rəhbəri X8 ünvanlanmış çağırış vərəqəsindən görünür ki, Abşeron Rayon icra və probasiya şöbəsinin icraatında olan xxxx MMC-nin borclu olduğu icra işlərinin icrası ilə əlaqədar 17.05.2021-ci il tarixdə, saat 11:00-da Abşeron Rayon icra və probasiya şöbəsində olmaq tələb edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs hazırda direktor vəzifəsində işləməsə də icrası təmin olunmayan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icra sənədləri onun direktor vəzifəsində işlədiyi dövrlərə aiddir, ona görə də məhkəmə hesab edir ki, onun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar