Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-764/2022 07.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin polis sahə rəisi polis kapitanı Nümayəndə, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Qobustan rayonu, Şıxzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: 07 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin polis sahə rəisi polis kapitanı Nümayəndə tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin polis sahə rəisi polis kapitanı Nümayəndə bildirdi ki, BDYPİ-nin YPXA-nın 3-cü tağımının komandiri Şahid1 tərəfindən raport tərtib olunaraq Abşeron RPİ-nin Qobu PB-ə verilmişdir. Həmin raporta əsasən 07 may 2022-ci il tarixdə, saat 10 radələrində Sahil-Tağıyev yolunun 7-ci kilometrliyində Şəxs oğluna məxsus olan və sürücü Şahid2 idarə etdiyi “Shaqman” Yük markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. YPX-nin əməkdaşları ona yaxınlaşıb avtomobilin sənədlərini yoxlamışlar. Yoxlama zamanı müəyyən etmişlər ki, sürücünün sənədləri yoxdur və həmin sənədlər avtomobilin sahibi Şəxs avtomobilindədir. Həmin vaxt sürücü Şahid2 avtomobilin sahibinə zəng edərək sənədləri gətirib YPX-nin əməkdaşlarına təqdim olumasını demişdir. Bundan sonra təxminən 20-30 dəqiqə sonra avtomobilin sahibi Şəxs həmin yerə yaxınlaşmış və YPX-nin əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Şəxs YPX-nin əməkdaşlarının ünvanına nalayiq söyüşlər sömüşdür və onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra YPX-nin əməkdaşları kömək üçün PPX-nin əməkdaşlarını çağırıb və Şəxs Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nə gətirmişlər və YPX-nin əməkdaşının qanuni tələbinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ona məxsus olan Yük avtomobilinin sürücüsü Şahid2 ona zəng vuraraq bildirmişdir ki, YPX-nin əməkdaşları ona yaxınlaşıb avtomobilin sənədlərini təqdim etməyini tələb edirlər. Sürücünün və avtomobilin sənədləri onda qalmağının səbəbi odur ki, 2-3 gün əvvəl sürücüyə etibarnamə vermək üçün götürmüşdür və ondan sonra yadından çıxıb qaytarmayıb sürücüyə. Evdən çıxarkən 102 xidmətinə məlumat vermişdir ki, ona məxsus yük avtomobili yolun kənarında durarkən YPX-nin əməkdaşları sürücüyə yaxınlaşıb sənəd tələb edirlər. Bundan sonra həmin avtomobil saxlanıldığı yerə yaxınlaşanda ona sürücü bildirib ki YPX-nin əməkdaşları onu tibbi müayinədən keçiriblər. Sənədləri YPX-nin əməkdaşına təqdim etdikdə ondan nəqliyyatdan yük daşımaya görə icazə olan sənədləri tələb etdilər. Həmin sənədlər onun üstündə olmadığını, lakin mobil telefonunda şəkilləri olduğunu demişdir. Bu hadisəni yanında olan övladı mobil telefona çəkiliş apararkən onun əlindən telefonu alıb özünü isə YPX-nin əməkdaşları döymüşlər. Daha sonra YPX-nin əməkdaşları ilə aralarında mübahisə yaranmış, onu döyərək, nalayiq söyüşlər söyərək ona zor tətbiq eləməklə onu PPX-nin avtomobilinə mindirərək Abşeron RPİ-nin Qobu PB-nə gətirmişlər. Polis bölməsində ona böhtan ataraq, sifətinə, başına təpiklə vuraraq döymüşlər. Heç kimə nalayiq söyüşlər söyməmişdir. Məhkəmə iclasında Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu hüquqlarını müdafiə etdiyi şəxs Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri yoxdur və onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın 3-cü taqımının komandiri Şahid1 izahatında göstərdi ki, Sahil-Tağıyev yolunun 7-ci kilometrliyində xidmətdə olan zaman “Shaqman” yük markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Saxlanılan zaman sürücünün üzərində avtomobilin müvafiq sənədlərinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən sürücüyə avtomobili müvəqqəti duracağa sürməyini göstəriş verilsə də, o buna məhəl qoymamış və avtomobilin sahibinin ona avtomobil avtomobili sürməyə icazə vermədiyini bildirmişdir. Daha sonra həmin yerə Namiq adlı şəxs yanında bir neçə nəfərlə gələrək onun və YPX-nin əməkdaşlarının üzərinə hücum çəkmiş, onun sinəsinə iki yumruğu ilə vuraraq itələmiş və onların şəxsinə və ailə üzvlərinə nalayiq söyüşlər işlədərək müqavimət göstərmişdir. Onun bu hərəkətləri sübut kimi mobil telefon vasitəsi ilə çəkiliş aparılmışdır. Daha sonra kömək üçün PPX-nin əməkdaşlarını çağırsalar da, Namiq adlı şəxs daha aqressiv münasibət göstərərək onlara nalayiq söyüşlər söymüşdür. Bundan sonra onun barəsində raport tərtib olunaraq Abşeron RPİ-nin Qobu PB-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Sahil- Tağıyev yolunun 7-ci kilometrliyində yolun kənarında idarə etdiyi “Shaqman” yük markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Bu zaman ona YPX-nin əməkdaşları yaxınlaşıb sənədləri təqdim etməyini tələb etmişdilər. Sənədlər onda olmadığını bildirdik də, YPX-nin əməkdaşları avtomobili müvəqqəti dayanacağa sürməyini tələb etdilər. O isə avtomobilin sahibi Şəxs zəng vuraraq bildimişdir ki, YPX-nin əməkdaşları sürücülük vəsiqəsini, avtomobilin sənədlərini və yük daşımaya görə olan icazəni tələb edirlər. Namiq isə bildirdi ki, avtomobilin sənədlərini və sürücülük vəsiqəsini YPX-nin əməkdaşları öz portallarında yoxlaya bilərlər ki sənədlər qaydasındadı. Lakin yük daşımaya görə icazənin sənədləri “WhatSapp” vasitəsilə göndərə bilər. YXP-nin əməkdaşı buna razı olmayaraq sənədləri tələb etməyə davam etdilər və onu aparıb tibbi müayinədən keçirmişdilər. Daha sonra Şəxs həmin yerə gələndə polis əməkdaşları və “Deportament”-in əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. YXP-nin əməkdaşlarının ünvanlarına Şəxs heç bir nalayiq söyüş söyməmişdir. Nalayiq söyüşləri ancaq “Deportamet”-in əməkdaşı ilə bir birinə söymüşdülər. Daha sonra YXP-nin əməkdaşları kömək üçün PPX-nin əməkdaşlarını çağırıb Şəxs polis bölməsinə aparmışlar. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 07.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 07.05.2022-ci il tarixdə, saat 13:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, polis əməkdaşı Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 may 2022-ci il tarixdən, saat 13:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-764/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-764/2022
07.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver