Məhkəmə qərarları › İş №3(012)-765/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-765/2022

07.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-765/2022 07.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Siyəzən rayonu, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsinin X2ndən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 07 may 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 may 2022-ci il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Sahil-Tağıyev yolunun 7-ci km-də YPX-nın əməkdaşlarının qanuni tələblərinə qəsadən tabe olmamışdır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, 07 may 2022-ci il tarixdə, saat təxminən 10 radələrində YPX əməkdaşları Bakı-Sumqayıt yolunun Zeynalabdin Tağıyev küçəsində vətəndaşın idarə etdiyi **-HM-*** dövlət qeydiyyatlı, Shaqman markalı yük avtomobilinə saxla əmri vermişlər. Polis əməkdaşları özlərini təqdim etməklə, sürücüyə avtomaşına və yüklərin daşınması ilə bağlı sənədləri təqdim etməsini bildirdikdə, sürücü sənədlərin hazırda üzərində olmadığını və onların avtomaşının sahibində olduğunu bildirmişdir. Sürücü avtomaşının sahibi ilə əlaqə saxlamış, bir müddət sonra avtomaşının sahibi gəlmiş və YPX əməkdaşları ilə onların arasında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı həmin şəxslər Qobu PB-nə dəvət edilən zaman polis əməkdaşların qəsdən tabe olmamışlar. Polis Bölməsində YPX-nın İİİ Tağımımn komandiri Ülfət Şükürov raport tərtib etmiş və həmin raport əsasənda şəxslər barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, idarə etdiyim **-HM-*** dövlət qeydiyyatlı, Shaqman markalı yük avtomobili ilə Bakı-Sumqayıt yolunun Zeynalabdin Tağıyev küçəsində yolun kınarında dayanmışdır. Həmin vaxt yol polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, sənədlərini təqdim etməyini bildirdikdə, o, sənədlərinin üzərində olmadığını, maşının sahibində olduğunu bildirdi. Ondan maşını cərimə meydançasına sürməyini tələb etdikdə, o 10 dəqiqə vaxt vermələrini xahiş edərək, avtomaşının sahibinə zəng etdi. Sonra polis əməkdaşı arasında yüngül mübahisə yarandı və onları polis bölməsinə gətirdilər. O, könüllü polis əməkdaşlarına tabe olmuşdur. O, polis əməkdaşlarına qarşı təhqir və ya kobud ifadə işlətməmişdir. Ona görə də barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan X1 Komandiri Şahid Rəsuı oğlu izahatında bildirdi ki, 07 may 2022-ci il tarixdə, saat təxminən 10 radələrində Sahil-Tağıyev yolunun, 7-ci km-də xidmətə olan zaman tərəfimizdən Shaqman markalı, **-HM-*** dövlət qeydiyyatlı, yük avtomobili saxlanıldı. Saxlanılan zaman müəyyən edildi ki, avtomobilin müvafiq sənədləri yoxdur və bu səbəbdən sürücüyə avtomobili müvəqqəti dayanacağa sürməyinə göstəriş versə də, o bu göstərişə məhəl qoymayıb, avtomobilin sahibinin ona avtomobili sürməyinə icazə vermədiyini söylədi. Daha sonra həmin yerə Namiq adlı şəxs yanında bir neçə nəfər şəxslə gələrək, üzərlərinə hücum çəkmiş,şəxsiyyətlərinə və ailə üzvlərinə nəlayiq ifadələr işlədərək, təhqir etmişlər. Daha sonra onlar kömək üçün ərazi üzrə çevik polis alayının əməkdaşlarını çağırmışlar. Polis əməkdaşları Namiq adlı şəxsə xoş rəftar etsələr də sonuncu onlara qarşı daha da aqressiv çıxış edərək, onlara və ölkə başçısına qarşı ağır söyüş söymüşlər. Daha sonra onlar Qobu rayon Polis Bölməsinə gətirilmiş və orada müəyyən olunmuşdur ki, Shaqman markalı, **-HM-*** dövlət qeydiyyatlı, yük avtomobilinin sürücüsü xx.xx.1984-cü il təvəllüdlü, Siyəzən rayon sakinin Şəxsdur. Şəxs tərəfindən onlara qarşı heç bir kobud rəftar, davranış göstərilməmiş, nəlayiq ifadələr işlədilməmiş, yalnız onun göstərişinə tabe olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edilmiş orqanın üzərinə düşür. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktik halları ilə müəyyən olunur ki, Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı öz təsdiqini tapmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar