Məhkəmə qərarları › İş №3(012)-769/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-769/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-769/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X6, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1983-cü ildə ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Qobustan rayonu, Nabur kəndi, Abşeron rayonu, Müşviqabad qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/388/2016 saylı, 13 may 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa 108 manat, iki uşağa görə cəmi 216 manat sabit pul məbləğindı alimentin xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6416/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/388/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 133 manat olmaqla, cəmi 266 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. İcra sənədləri bir icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədi üzrə borc 8873 manat təşkil edir. Lakin borclu şəxs borcu ödəməkdən qərəzli şəkildə yayınır, həmçinin onu da öz vəzifəsini icra etdiyi üçün hədələmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, ödəniş etməyə başlamışdır, qısa müddət ərzində bütün borcu ödəyəcəkdir. Lakin hazırda işləmir, ikinci nikahdan uşaqları vardır, uzun müddət həbsdə olduğu üçün borc məbləği bu həddə gəlib çatmışdır. Kreditlə avtomobil almışdır iki aya həmin avtomobili satıb borcu ödəyəcəkdir. Qeyd edir ki, borc üzrə bugün 20 manat ödəniş etmişdir. Məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında övladlarının artıq böyüdüyünü,övladlarından birinin xəstə olduğunu və onlara baxmaqda çətinlik çəkdiyini, əgər borcun yarısı ödənilərsə şikayəti olmadığını və digər yarısının hissə-hissə ödənilməsinə razılıq verdiyini bildirərək X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X12 müdafiə etdiyi şəxsin işsiz olduğunu,şəxs həbsdə olduğu üçün borcun bu həddə çatdığını və borcu ödəmək üçün imkanının olmadığını bildirərək şəxsin qərəzli olaraq borcun ödənilməsindən yayınmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/388/2016 saylı, 13 may 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşağa 108 manat, iki uşağa görə cəmi 216 manat sabit pul məbləğindı alimentin xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6416/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/388/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 133 manat olmaqla, cəmi 266 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. 18 fevral 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6416/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/388/2016 saylı, 13 may 2016-cı il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı CM-in arayışından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərar ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən şəxsin həbsdən 1 ildən artıq müddətdir ki, azad edilməsinə baxmayaraq icra sənədi üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, şəxsin icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X7 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh növü tətbiq edilsin. İnzibati həbs etmənin xx.xx.2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X7 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar