Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-77/2022 11.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədirliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron DYP-nin inspektoru polis leytenantı X1, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Uzun-Oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü, 332.1-ci və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs 28.12.2021-ci ildə saat 19:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinin tələbini pozaraq, sərxoş vəziyyətdə, idarə etdiyi «VAZ-21070» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q. Qarayev küçəsində ara məsafəni saxlamadan “Mercedes Benz minik” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü, 332.1-ci və 327.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Abşeron RPİ-in DYPŞ-in polis leytenantı X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs 28.12.2021-ci ildə saat 19:30 radələrində sərxoş vəziyyətdə, idarə etdiyi «VAZ-21070» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q. Qarayev küçəsi küçəsində ara məsafəni saxlamadan “Mercedes Benz minik” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hasisəsi ilə əlaqədar araşdırma aparılmış və müəyyən olmuşdur ki, Şəxs sürücülük etibarnaməsi olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir və tibbi müayinədən keçmişdir. Bununla da Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü, 332.1ci və 327.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 28.12.2021-ci ildə saat 19:30 radələrində idarə etdiyi «VAZ-21070» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q. Qarayev küçəsi ilə hərəkətdə olarkən, ara məsafəni saxlamadan “Mercedes Benz minik” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Həmin gün spirtli içki qəbul etmişdir. Hadisə zamanı xəsarət almamışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin çıxarışının 28 dekabr 2021-ci il tarixli nəticəsinə əsasən Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.516 promil təşkil edir. Məhkəmədə Şəxsnun Azərbaycan Respublikası İXM-nin 333.3-cü, 332.1-ci və 327.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması özünün, sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin çıxarışından və iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü, 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxsnun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü, 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 333.3-cü maddəsinin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhdudlaşdırmaqla 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-77/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-77/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver