Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-770/2025 06.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF parkın yaxınlığında kirayədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsində daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında haqqında Abşeron DYP YNH baş inspektoru, polis mayoru X1 tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "BYD QİN PLUS PLUG-İN HİBRİD" minik markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman “Al” marketin yaxınlığında sola dönmə yerdəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən sürücü Zərərçəkmiş şəxs idarə istiqamətini dəyişmədən eyni səmtə gedən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Tufan M50 markalı mopedə yol verməli olduğu halda bun ariayət etməyərək toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi tərətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş X5 Polisi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:11 radələrində etibarnamə əsasında idarə etdiyi BYD markalı ** SQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindən üzü Xırdalan istiqamətindən saatda 20-30 km surətlə hərəkətdə olan zaman “Al” marketin yaxınlığında sola dönmə edən zaman yol istiqaməti ilə hərəkət etmişdir və həmin yolda Lada Pirora markalı avtomobil dayanmışdır. O dönmə edən zaman moped ilə toqquşmuşdur. Hadisə zamanı mopedin sürücüsünə köməklik edərək həmin şəxsi avtomobilinə əyləşdirib yaşadığı evə aparmışdır. Mopedi idarə edən şəxsi orada düşürdükdə ona xəstəxanaya aparmağını təklif etməsə də, sonuncu ciddi bir xəsarəti olmadığını bildirmişdir. Bundan sonra o yaşadığı evə getmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Hadisə baş verən günü, yəni xx.xx.2025-ci il tarixdə spirtli içki və ya dogər güclü təsredici vasitə qəbul etməyib. Hadisə baş verən zaman avtomobili 7-8 km/saat surəti ilə idarə etmişdir. Hadisə baş verən zaman DİN 102 xidmətinə məlumat verməmiş və həmin şəxsi xəstəxanaya apara bilməmişdir. Həmin vaxt tələsdiyindən düzgün qərar verə bilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən bağışlanılmasını xahiş etmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 205 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol dizin iç səthinin dizaltı nahiyəyə keçən 1 ədəd, sol budun yuxarı 1/3-nin tış səthinin 1 ədəd qançırları, sol baldırın orta 1/3-nin əzilmişcırılmış yarası küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi mopedin minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərardan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi BYD markalı ** SQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman “Al” marketin yaxınlığında sola dönmə yerdəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən sürücü Zərərçəkmiş şəxs idarə istiqamətini dəyişmədən eyni səmtə gedən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Tufan M50 markalı mopedə yol verməli olduğu halda bun ariayət etməyərək toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi tərətmişdir. Sürücü Şəxs həmin hərəkətləri ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin (Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.) tələblərini pozmuşdur. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(012)-770/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-770/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver