Məhkəmə qərarları › İş №3(012)-771/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-771/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-771/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, X5, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 iştirakları ilə, Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Şəxs MTK tərəfindən Sumqayıt şəhəri, Yeni bulvar ərazisində inşa etdiyi binanın qarşısında bir ədəd qaraqac ağacını köklə birlikdə çıxardaraq, məhv edilməsi faktı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 22.04.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndəsi X6 verdiyi izahatında bildirmişdir ki, ərazi üzrə monitorinq keçirilən zaman Şəxs MTK tərəfindən Sumqayıt şəhəri, Yeni bulvar ərazisində inşa etdiyi binanın qarşısında bir ədəd qarağac ağacını köklə birlikdə çıxardaraq, məhv edilməsi faktı aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, foto şəkillər çəkilmiş, daha sonra törədilmiş inzibati xətaya görə Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs MTK tərəfindən tərtib edilmiş protokola imza etməkdən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MTK-in inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsi X7 verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK-nın Sumqayıt şəhəri, Yeni bulvar ərazisində inşa etdiyi binanın qarşısında abadlaşdırma apararkən 01 ədəd ağacı köklə birlikdə çıxardaraq, məhv edilməsini aşkar edilərək, heç bir əsas olmadan və hər hansı bir sübut göstərmədən Şəxs MTK barəsində inzibati protokol tərtib etmişdir. Belə ki, qeyd olunan ərazidə tikinti və abadlaşdırma işləri aparmış, lakin ərazidə ağac çıxarmamışdır. Ona görə də 04 saylı ərazi Ekolojiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının tərtib etdiyi protokola narazılığını bildirərək, imza etməkdən imtina etmişdir. Şəxs MTK barəsində tərtib etdilən protokolda göstərilən qayda pozuntusuna yol verməmişdir. Heç bir sübut olmadığı halda nümayəndəsi olduğu Şəxs MTK barəsində inzibati protokol tərtib edilməsini və həmin protokol əsasında inzibati cərimə edilməsini əsassız hesab edir. Buna görə Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında Şəxs MTK barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Yeni bulvar ərazisində yoxlama aparılarkən həmin ərazilərdə Şəxs MTK tərəfindən inşa etdirilən binanın qarşısında bir ədəd qaraqac ağacı köklə birlikdə çıxardaraq, məhv edilməsi müəyyən edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, aktda Sumqayıt şəhəri, Yeni bulvar ərazisində Şəxs MTK tərəfindən inşa etdirilən binanın qarşısında bir ədəd qarağac ağacı köklə birlikdə çıxardılmışdır. Məhkəmə 22.04.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MTK tərəfindən Sumqayıt şəhəri, Yeni bulvar ərazisində inşa etdirdiyi binanın qarşısında bir ədəd qaraqac ağacı köklə birlikdə çıxardaraq, məhv edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri, Yeni bulvar ərazisində Şəxs MTK tərəfindən inşa etdirdiyi binanın qarşısında bir ədəd qaraqac ağacı köklə birlikdə çıxardaraq, məhv edilməsi müəyyən olunsa da, bu inzibati xətanın məhz Şəxs MTK tərəfindən törədilməsini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Protokol tərtib etmiş orqan Şəxs MTK tərəfindən inşa etdirdiyi binanın qarşısında bir ədəd qaraqac ağacının köklə birlikdə çıxardılaraq məhv edilməsinin müəyyən edilməsi ilə kifayətlənmiş, inzibati araşdırma aparmadan Şəxs” MTK inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə məsuliyyət nəzərdə tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İlk nцvbədə qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, inzibati protokol tərtib edildiyi zaman Şəxs MTK tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi əraziyə baxış keçirərkən inzibati xəta törətmiş şəxsi yəni, Sumqayıt şəhəri, Yeni bulvar ərazisində Şəxs MTK tərəfindən inşa etdirdiyi binanın qarşısındakı 01 ədəd ağacı köklə birlikdə çıxardaraq, məhv edən şəxsi müəyyən etməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs MTK-nn barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MTK barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar