Məhkəmə qərarları › İş №3(012)-773/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-773/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-773/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İsgəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X4 Zərərçəkmiş şəxs: X5 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis leytenantı Rəşad Salahov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı Yaşayış Kompleksi”ndə yerləşən Spar marketdə X8 ilə aralarında baş vermiş münbahisə zamanı sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 07 yanvar 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxaraq çörək almaq üçün binanın həyətində olan “Spar” marketə gəlmiş və bir ədəd çörək götürüb kassaya yaxınlaşmış və çörəyi kassirə vermişdir. Həmin vaxt onun kartında pul olmadığı üçün çörəyin pulunu kassirə nağd şəkildə ödəyən zaman əvvəllər tanımadığı bir nəfər qadın yaxınlaşıb satıcıya onun ucadan danışmağını deyərək bir qədər aşağı səslə danışmağını demişdir. Həmin qadın rus dilində danışmışdır. Rus dilində bilmədiyi kassirdən həmin qadının nə dediyini öyrənmiş və sonuncuya bildirmişdir ki, xoşu gəlmirsə kənarda dayansın. Bundan sonra həmin qadın rus dilində söyüş söyməyə başlamışdır. Həmin qadının söyüş söyməsini kassirə bildirmişdir. Həmin qadın söyüş söydüyü üçün buna əsəbləşib ilkin olaraq onu əlləri ilə itələmiş və sifət nahiyəsindən bir dəfə vurmuşdur. Həmin qadında sifət və baş nahiyəsindən vurmuşdur. Onu təpiklə bədən nahiyəsindən vurub yerə yıxmışdır. Mağazada işləyən satıcı və müştəri onlara yaxınlaşıb ayırmağa başlamışdır. Tanımadığı şəxslər onları ayırmış və oradan çıxıb yaşadığı evə gəlmişdir. Həmin günü öyrənmişdir ki, həmin qadının adı Sabınadır və DİN-nin 102 xidmətinə zəng edərək, müraciət etmişdir. Sabina ona bədən nahiyəsinin müxtəlif yerlərindən bir neçə dəfə əli və ayağı ilə təpik zərbələri vurmuşdur. Sabina ona dəfələrlə söyüş söydüyündən o, sonuncunu vurmuşdur. Barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında izahat verərək, bildirdi ki, 2013-cü ildə Azərbaycan Respublikasına gəlmiş və 2-3 ildir ki, daimi əsaslarla özünə məxsus qeydiyyatda olduğu Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yaşayır. 07 yanvar 2025-ci il tarixdə saat 15 radələrində özünə bəzi ərzaq məhsulları və siqaret almaq üçün yaşadığı evinin yaxınlığında yerləşən “Spar” marketə gəlmişdir. Həmin vaxtı kassada işləyən xanıma yaxınlaşaraq satışda “Kent-1” markalı siqaretinin olubolmadığını soruşmuş, həmin vaxtıda kassanın yanında olan tanımadığı qadın heç bir səbəb olmadan mübahisə etməyə başlayaraq nalayiq ifadələrlə söyüb təhqir etmiş və həmin qadının nə üçün onu söydüyünü soruşduqda, sonuncu dahada aqressivləşərək üzərinə cumub əvvəllər əlləri ilə daha sonra isə təpik zərbələri ilə vurmağa başlayaraq yerə yıxıb xəsarət yetirmişdir. Həmin vaxtı mağazada olan işçilər onları ayırmağa çalışmışlar və münaqişə bitdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, daha sonra göstərmişdir ki, mübahisə ümumilikdə 5-10 dəqiqə ərzində davam etmişdir. Baş vermiş hadisə zamanı o üz, çənə və bədəninin digər nahiyələrindən xəsarətlər almışdır. Hal-hazırda Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Vəkil Bürosunun vəkili Elşən Məmmədbəyli məhkəmə iclasında iştirak edərək, Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 yanvar 2025-ci il tarixli 4 saylı ekspert rəyindən görünür ki,

1. 1984-ci il təvəllüdlü X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çənənin sağ hissəsinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin 1 (bir) ədəd sıyrıqları, sol əlin İ barmağının əsas falanqasının üst səthinin qançırı küt əşyanın (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə davadalaş zamanı əl və təpik zərbələri təsirindən əmələ gələ bilərdi; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur; 31 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Şəxs cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞyə göndərilmişdir; 03 fevral 2025-ci il tarixdə Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Hikmət Musayevü tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır; 02 aprel 2025-ci il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı Yaşayış Kompleksi”ndə yerləşən Spar marketdə X8 ilə aralarında baş vermiş münbahisə zamanı sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Beləliklə Şəxs tərəfindən X5 döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qadın olmasını və himayəsində iki azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətaların xarakterini, şəraitini, təqsirinin dərəcələrini, inzibati xəta törədən şəxsin qadın olmaqla, himayəsində iki azyaşlı uşağının olması əməlində cəzanı yüngülləşdirən hal olaraq müəyyən edilməsini, habelə tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar