Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-778/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi,polis kapitanı X1, müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü ildə Tovuz rayonu, Əlimərdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən,əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatda olan və Xırdalan şəhəri, 7-ci məhəllə, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu,Xırdalan şəhəri, 28-ci məhəllədə köhnə bazar deyilən ərazidə özünə məxsus 300 manat dəyərində “Redmi” markalı mobil telefonu və 180 manat dəyərində 1 ədəd qızıl qolbağı oğurlamaqla 480 manat dəyərində maddi ziyan vurmuşdur. 18 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 taksi fəaliyyəti ilə məşğul olan zaman 35 manat kontur, 5 manat dəyərində ərzaq, 10 manat gediş haqqı olmaqla qaytaracağını vəd etmiş, sonra telefonu qara siyahıya atmaqla aldatma yolu ilə 50 manat dəyərində maddi ziyan vurmuşdur. 03 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus avtomaqnitofon satmaq adı ilə aldadaraq 100 manat oğurlamaqla maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X12 müdiri işlədiyi Abşeron rayonu, Masazır kəndində yerləşən “Oba” marketdən dəyəri 119 manat olan 12 ədəd “Milka” markalı şokolad yağlarını gizli şəkildə oğurlamaqla maddi ziyan vurmuşdur. 10 mart 2023cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 Bəhram qızını sosial şəbəkədə kredit ilə qızıl satmaq adı ilə onu aldadaraq 100 manat pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 31 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əiyev prospekti, “Nazlı Petrol” YDM-nin yaxınlığında yerləşən “Araz” market binasında yaşayan X13 “İphone 11 pro max” markalı telefon satmaq adı ilə onu aldadaraq 100 manat pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 17 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 taksi fəaliyyəti ilə məşğul olduğu zaman ödəmə terminalı ilə onun 28 manat pulunu ələ keçirmiş, 5 manat təşkil edən gediş haqqısını verməməklə maddi ziyan vurmuşdur. 31 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X28 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan X32 taksi Fəalyyəti ilə məşğul olduğu zaman ödəmə terminalı ilə 55 manat pulunu aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 25 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evind yaşayan X23 taksi fəaliyyəti ilə məşğul olduu zaman 10 manat pulunu aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 01 aprel 2023-cü il tarixdə Abşeron RPİnin TŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yaşayan X16 “Kia Ria” markalı avtomobil satmaq adı ilə aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 07 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis Baş leytenant X28 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X36 taksi fəaliyyəti ilə məşğul olduğu zaman 13 manat pulunu aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 24 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X24 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan X32 taksi Fəalyyəti ilə məşğul olduğu zaman ödəmə terminalı ilə 55 manat pulunu aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 25 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, MD-23 qəsəbəsində yaşayan X2 evinin həyətindən 70 manat dəyərində su motoru talayıb gizlicə oğurlamaqla maddi ziyan vurmuşdur. 13 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grandmart” mağazasının qarşısında taksi fəaliyyəti ilə məşğul olan zaman saxta pulla 18 manat pulu aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 25 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Bəhruz küçəsi, ev 55/57-də yaşayan X30 taksi fəaliyyəti ilə məşğul olan zaman ödəmə terminalı vasitəsi ilə 20 manat pulunu aldadaraq oğurlamaqla maddi ziyan vurmuşdur. 18 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X24 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan X45 oğlunu sosial şəbəkədə yerləşdirilmiş avtomobili ona satmaq adı ilə aldadaraq 140 manat pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 21 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X17 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon, Masazır qəsəbəsi, M.Qaşqay küçəsində yaşayan Əlbəndov Elnur Zahid oğlunu sosial şəbəkədə yerləşdirilmiş əl bıçağını satmaq adı ilə aldadaraq 25 manat pulu oğurlamaqla maddi ziyan vurmuşdur. 18 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yaşayan X18 jeton nağdlaşdırmaq adı ilə aldadaraq 123 manat pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 27 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X17 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yaşayan X7 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evindən 75 manat dəyərində 15 ədəd elektrik avtomatlarını talayıb oğurlamaqla maddi ziyan vurmuşdur. 15 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X33 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yaşayan X8 aldadaraq ödəmə terminalı vasitəsi ilə 13 manat pulunu oğurlamaqla maddi ziyan vurmuşdur. 28 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 11 ünvanında yaşayan X3 “Mercedes Benz E220” markalı, **-RK-*** dövət nömrə nişanlı avtomobilindən 10 manat dəyərində pul kisəsini talayaraq oğurlamaqla maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X6 protokolları müdafiə edərək Şəxs barəsində inzbiati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, oğurladığı əşyaları satmışdır, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs narkotik vasitə aludəçisi olmasını nəzərə almaqla ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1 ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən saat 20:10 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-778/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-778/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver