Məhkəmə qərarları › İş №3(012)-779/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-779/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-779/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və X4 polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.2-ci maddələri nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsnə dair Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 05.05.2021-ci il tarixdə daxil olmuş inzibati materialdan görünür ki, Şəxs 04.05.2021-ci il tarixdə saat 17:40 radələrində, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində tikinti materialları mağazasının qarşısında fərdi qoruyucu vasitələrdən istifadə etməyərək ölkə ərazisində tətbiq edilmiş karantin qaydalarını pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarına qarşı nalayiq ifadələrlə təhqir etməyə, hədə qorxu ilə, əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə çalışaraq polis əməkdaşlarına hörmətsizlik nümayiş etdirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs X4 polis sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 04.05.2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində tikinti materialları mağazasının qarşısında inzibati ərazidə xidmət aparılan zaman fərdi qoruyucu vasitələrdən istifadə etmədiyinə görə ona yaxınlaşaraq özlərini təqdim etmiş və nizam-intizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə, hədə-qorxu ilə, əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etməyə başlamış, öz hərəkətlərini dava etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2 və 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 04.05.2021-ci il tarixdə saat 17:40 radələrində qohumu ilə birlikdə Abşeron rayonu, Nübar yaşayış massivində tikinti materialları mağazasının qarşısında olarkən fərdi qoruyucu vasitələrdən istifadə etmədiklərinə görə polis əməkdaşları yaxınlaşaraq onlara irad tutmuş, şəxsiyyəti təsdiq edən sənədi tələb etmələrinə baxmayaraq təqdim etməmiş, polisə qarşı kobudluq göstərərək nizam-intizama tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Halhazırda törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında 04.05.2021-ci il tarixli, AZA 013980 №-li protokoldan görünür ki, Şəxs 04.05.2021-ci il tarixdə, saat 18:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs ölkə ərazisində elan olunmuş karantin rejimini qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.2 və 535.1-ci maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2 və 535.1-cmaddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . Hakim:Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar