Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-779/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs ASC barəsində Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Baki Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Baki Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100- 00643/25 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Baki Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00100- 00643/25 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ASC tərəfindən Azərbaycan Respublikasına gətirilən mallarla bağlı təqdim edilən **********4890 nömrəli idxal bəyannaməsi ilə nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl təqdim edilən **********3392 nömrəli qısa idxal bəyannaməsi arasında uyğunsuzluq olmuşdur. Ona görə də Şəxs ASC barəsində İXM-in 485.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs ASC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2025-ci il tarixli, **********3392 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən ünvanına Türkiyə Respublikasından gələn mallar Azərbaycan Respublikası ərazisinə çatmamış, qısa idxal bəyannaməsi verilmiş və bəyannamənin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99XV277/99ZE507 olaraq qeyd edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2025-ci il tarixli, **********4890 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən ünvanına Türkiyə Respublikasından gələn mallara dair gömrük bəyannaməsi verilmiş və bəyannamənin 18-ci qrafasında malı qəbul edən, nəqliyyat vasitəsinin nömrəsi 01CG261/01ZA309 olaraq qeyd edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Baki Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100- 00643/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/005866 saylı xx.xx.2025-ci il tarixli raporta əsasən 11 Kristal Bakı11 ASC-nin ünvanına 01CG261/01ZA309 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********4890 sorqu nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi qevd edilmişdir. İş üzrə X1 Sistemi informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Bakı Bas Gömrük İdarəsində **********4890 sorqu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 01CG261/01ZA309 nömrəli nəqliyyat vasitəsi ilə 20.02,2024-cü il tarixdə saat 02:20 radələrində ‘‘Qırmızı Körpe” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qevd olunan yükə dair **********3392 sorğu nömrəli xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına rəsmiləşdirmək üçün xx.xx.2025-ci il tarixdə saat 10:29-da elektron formada göndərilmişdir. İş üzrə “Gömrük Xidmətinin X1 Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx"ASC-nin ünvanına 01CG261/01ZA309 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 02:20 radələrində ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********3392 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilməzdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə saat 10:29-da gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Lakin gömrük orqanına təqdim edilən **********3392 sorğu nömrəli qısa idxal bəyannaməsinin və **********4890 sorğu nömrəli gömrük bəyannaməsi 18-ci qrafasında uyğunsuzluq yaranmışdır. Belə ki, **********3392 sorqu nömrəli xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99XV277/99ZE507, **********4890 sorqu nömrəli gömrük bəyannaməsi 18-ci qrafasında isə 01CG261/01ZA309 nömrəsi qeyd edilmişdir. Nəticədə Şəxs ASC MMC tərəfindən İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə hüquqi şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsirli olduğu müəyyən edilir. Çünki iş materiallarından müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən onun ünvanına göndərilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə **********3392 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmiş, lakin verilmiş həmin qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin adı düzgün göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki Şəxs ASC tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs ASC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1 -ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21 -ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs ASC-nin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs ASC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(012)-779/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-779/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver