Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-781/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Taleh Mustafayevin, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 05.05.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdəgöstərilmişdir ki, Abşeron rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli icra sənədinə əsasən Cəbiyev X6 tələbkar Zərərçəkmiş şəxs olan aliment borcunu mütəmadi olaraq ödəməmiş, nəticədə onun 9900 manat alimenti borcu yaranmışdır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Taleh Mustafayev bildirdi ki, Abşeron rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli icra sənədinə əsasən Cəbiyev X6 tələbkar tələbkar Zərərçəkmiş şəxs olan aliment borcunu mütəmadi olaraq ödəməmiş, nəticədə onun 9900 manat alimenti borcu yaranmışdır İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Cəbiyev X5 izahatı alınmışdır. Borclu Şəxs Seymur Əvəz oğlu icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs işsiz olduğu üçün borcunu tam ödəməkdə çətinlik çəkdiyini, hal-hazırda 250 manat ödəyə biləcəyinibildirərək hazırki işüzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən 13 aprel 2002-ci il təvəllüdlü X3, 11 oktyabr 2006-cı il təvəllüdlü X2 və 21 avqust 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək müvəqqəti olaraq hər ay hər bir uşaq üçün 154 manat, cəmi 462 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 08.01.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 250 manat məbləğində pul ödənilmişdir. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs hökmün icrasından bilərəkdən yayınmır və o, borcu ödəməkdən qəsdən boyun qaçırmır. Şəxs oğlu maddi vəziyyətinin ağır olması ilə əlaqədar borcunu ödəyə bilməmiş, hal-hazırda borcundan 250 manat ödəmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, hazırda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-781/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-781/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver