Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-783/2021 16.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-in 20.03.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in 20.03.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 məhkəməyə ünvanlandığı ərizə ilə eyni məzmunlu ifadə vermişdir. Heç bir vəsatət və əlavəsi yoxdur. Həmçinin şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİNin 20.03.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair X2 ərizəsi baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X1 rayonu, Tatlı kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X2 qeydiyyatda olduğu ünvan Ağstafa rayonu ərazisi olduğundan Azərbaycan Respublikası DİN-in 20.03.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair Abşeron Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN-in 20.03.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-783/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-783/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver