Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-783/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati cərimə olunması barədə 11.04.2022-ci il tarixli, TP saylı ******* nömrəli qərardan verilmiş X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: 11.04.2022-ci il tarixli, TP saylı ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi inzibati məsuliyyətə cəlb olunaraq, 150 manat məbləğində inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermiş, şikayət 13.05.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. X2 11.04.2022-ci il tarixli, TP saylı ******* nömrəli qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət etməmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 11.04.2022-ci il tarixli, TP saylı ******* nömrəli qərardan şikayət müddət ötürüldükdən sonra verildiyinə görə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddəsini rəhbər tutaraq Qərara aldı: X1 11.04.2022-ci il tarixli, TP saylı ******* nömrəli qərardan şikayəti müddət ötürüldükdən sonra verildiyinə görə geri qaytarılsın. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-783/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-783/2022
20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver