Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-785/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yunuslu Elvin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qızının, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.04.2021-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsində aralarında yaranmış mübahisə zamanı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs vuraraq sonuncuya bədən xəsarətləri yetirmişdir. Buna görə də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs döyməmiş, sadəcə onu itələmişdir. Buna görə də məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəbnəm onunla qonşuluqda yaşayır. 20.04.2021-ci il tarixdə yaşadığı evdə olan zaman Şəbnəmin ona məxsus olan evin darvazasını açıb-örtərək səs-küy salmasından narahat olub küçəyə çıxmış və Şəbnəmə irad bildirmişdir. Həmin zaman anidən Şəbnəm onun üzərinə hücum çəkərək əli ilə üz və bədən nahiyələrindən bir neçə dəfə vurmuşdur. O, həmin zaman Şəbnəmə müqavimət göstərməmiş və sonuncuya heç bir xəsarət yetirməmişdir. Mübahisə 2-3 dəqiqə davam etmiş, həmin zaman orada heç kim olmamışdır. İnzibati xəta haqqında işə baxılması zamanı məhkəmə təqdim edilmiş inzibati xəta haqqında sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, iş materiallarında olan 30 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda inzibati xəta törətmiş şəxs “şəxsiyyəti təhqiqata Şəbnəm kimi məlum olan” kimi göstərilmiş, inzibati xəta törədən şəxsin şəxsiyyəti müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar üzrə sənədləşdirmə düzgün qaydada aparılmamış, bununla da prosesual qayda pozulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 456-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-785/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-785/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver