Məhkəmə qərarları › İş №3(012)-786/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-786/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-786/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nın nümayəndəsi-vəkili Vəkil, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin nümayəndəsi, məsləhətçi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci ildə verilmiş dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,086209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan torpaq sahəsi tərəfindən təyinatı üzrə istifadə olunur və torpaq sahəsinə dair çıxarışı alan kimi, digər şəxslərin torpaq sahəsini öz torpaqlarına qatmaması üçün daşdan hasara aldırmışıdr. Onu da qeyd edir ki, çıxarışda ərazinin təyinatı kənd təsərrüfatı kimi qeyd edilsə də, bütün qonşular 2-3 mərtəbəli yaşayış evi tikib yaşamaqlarını davam etdirirlər. 31 mart 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin müfəttişi Zülfü Qasımlı özündən protokol tərtib edərək, guya ki, onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,08 ha torpaq sahəsində tikinti aparmaqla (hasar) torpağın münbit qatını korlamışdır. Protokolda onun adını qeyd etsə də, ümumiyyətlə onun iştirakı təmin etməmiş, bu barədə ona hər hansı formada xəbərdarlıq edilməmişdir. Özləri öz arxivlərindən qanunsuz və əsassız olaraq ona məxsus çıxarışın arxivini əldə etmişlər. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair’ 16 noyabr 2021-ci il tarixli qərarında göstərilən mövqeyə əsasən inzibati tənbeh vermə haqqında qərar sübut qismində deyil, ittiham yönümlü prosessual sənəd kimi qəbul edilir, belə olan halda iş materiallarında olan yeganə sübut inzibati xəta haqqında protokoldur ki, hansı ki, həmin protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarına əsasən vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilm şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşk edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəra həmin ış üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbı edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Göstərilən torpaq sahəsini alqı-satqı yolu ilə satmışdır. Təəssüflər olsun ki, səlahiyyətli şəxs göstərilən faktları araşdırmadan qərar qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi-vəkili Vəkil şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi X6 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, xx.xx.2023-cü il tarixdə ƏMDX Abşeron Ərazi Şöbəsi tərəfindən X4 barəsində İXM-nin 244.2-ci maddəsi ilə tərtib edilmiş protokolda X2 mülkiyyətində olan və Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikinti işləri aparılması nəticəsində torpağın münbit qatının korlanması müəyyən edilmiş, bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,086209 ha kənd təsərrüfat təyinatlı əkin sahəsində tikinti işləri aparmaqla torpağın münbit qatını korladığı aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2023-cü tarixli ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci ildə verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,086209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına ********** nömrəsi ilə adıma qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: - kənd təsərrüfatı təyinatlı torpaqlar; - yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; - xüsusi qorunan ərazilərin torpaqları; - meşə fondu torpaqları; - su fondu torpaqları; - ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X2 paylı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,086209 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar kateqoriyasına aiddir. Qanunvericiliyin tələblərinə görə bu qəbildən olan torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Anbarlar, evlər, hasar və sair kimi əsaslı tikililərin isə inşa edilməsi qanunvericiliyin tələblərinə ziddir və torpağın təyinatı üzrə istifadə edilməməsi kimi son nəticədə onun münbit qatının korlanmasına səbəb olur. X2 isə mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində qazıntı işlərinin aparması, əsaslı tikili tikməklə, yəni daş hasar tikərək, torpağın təyinatını dəyişdirməsi və torpağın münbit qatını korlaması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapır. X4 şikayətində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini digər şəxslərin torpaq sahəsini öz torpaqlarına qatmaması üçün daş hasar tikildiyini bildirsə də, məhkəmə hesab edir ki, onun tərəfindən inşa edilmiş tikili yüngül inşaat konstruksiyalarından istifadə edilməklə tikilməmişdir. Belə ki, həmin tikili daşdan tikilmişdir ki, bu cür tikilini müvəqqəti tikili hesab etmək olmaz. Çünki, həmin tikili qısa müddətdə istifadə üçün nəzərdə tutulan və asanlıqla quraşdırılıb-sökülə bilən tikili deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsi tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar