Məhkəmə qərarları › İş №3(012)-787/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-787/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-787/2022 17.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 26.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 22.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində törədilmişdir. X2 Bakı şəhəri, Atatürkk prospekti, 136 (50A), mərtəbə 6, otaq 3 ünvanında yaşadığını, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti,RPİ-də qeydiyyatda olduğunu qeyd etsə də, şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti əlavə etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 22.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin 22.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar