Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-789/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X1nun və Abşeron RPİ-in DYPŞ-in nümayəndəsi Yol patrul xidməti inspektoru X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron RPİ-in X12 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, ona məxsus Opel Astra markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 4000 manat maddi ziyanın tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində "Opel Astra" markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobili ilə Mehdiabad qəsəbəsində, "Bolmart” marketin qarşısında hərəkətdə olarkən, marketin dayanacağında, gözlə görsənməyən yerdə dayanmış, ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili onun arxasınca hərəkət etmişdir. Qeyd olunmalıdır ki, həmin yol patrul xidməti əməkdaşı tərəfindən ona heç bir işarə verilməmiş, dayanmaq barədə xəbərdarlıq edilməmişdir və arxasınca hərəkətini davam etdirmişdir, Fatmayı yolundan sola, Mehdiabad qəsəbəsinin içərisinə tərəf dönərkən patrul maşını da dönmüş, onu heç bir əsas olmadan təqib etməyə, demək olar ki, qovmağa başlamışdır, bu zaman o həyəcan keçirmiş və idarətməni itirərək avtomobil divara dəymişdir. Avtomobilin qabaq hissəsi sıradan çıxmış və özü də cüzi xəsarət almışdır. Bunu görən yol patrul xidmətinin əməkdaşı dərhal maşını döndərərək hadisə yerini tərk etmişdir. Onun tərəfindən heç bir qayda pozuntularına yol verilməmiş və hər hansı bir cərimə olmamışdır. Yəni təqib edilərək qovulduğu üçün əsaslar mövcud olmamışdır. xx.xx.2022-ci il tarixdə onun barəsində İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə 80 manat miqdarında cərimə edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3. maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-səksən manat məbləğində cərimə edilir. Qeyd olunmalıdır ki, protokolda onun nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi qeyd edilmişdir, halbuki nəqliyyat vasitəsini saxlamaq barədə ona heç bir işarə verilməmişdir. Onun tərəfindən yol hərəkəti qaydalarının pozulmasına dair heç bir sübut yoxdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə onun barəsində İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat miqdarında cərimə edilmişdir. Bu səbəbdən də sözügedən qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Həmçinin yol patrul xidmətinin əməkdaşı tərəfindən əsassız olaraq təqib edilməyi nəticəsində qəza baş vermiş və ona məxsus "Opel Astra" markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobilinə 4000 (dörd min) manat maddi zərər vurulmuşdur. Bu maddi zərər də tutularaq ona ödənilməlidir. Baş vermiş hadisə barədə video görüntülər mövcuddur. Abşeron RPİ-in X12 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edir. X5 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq şikayət ərizəsində yazılanların əksinə Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsilə təqsirini qəbul etmiş, lakin onun yol nəqliyyat hadisəsinin səbəbkarının DYPŞ əməkdaşı olması səbəbindən şikayət verdiyini bildirmiş və şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Abşeron RPİ-nin DYPŞ-in nümayəndəsi X6 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və 02 aprel 2022-ci il tarixli, TP ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində "Opel Astra" markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə tərəfindən həmin nəqliyyat vasitəsinə saxlama işarəsi verilmişdir. Sürücü onun qanuni tələbinə məhəl qoymayaraq, yüksək sürətlə hərəkətini davam etdirmişdir. Xidməti avtomobillə həmin avtomobilin arxasınca 100 metr sürdükdən sonra sürücünün saxlamadığına əmin olduğundan, geriyə qayıdaraq xidmətini davam etdirmiş və və sürücü barəsində qanuni tədbir görülməsinə dair raportla rəhbərliyə müraciət etmişdir. Şikayətçinin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsindən məlumatı olmamışdır. Daha sonra araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, həmin "Opel Astra" markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobil sürücüsü X3r. X5 Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3-cü maddəsinin tələbləri pozulmuş və qeyd edilən pozuntunu özündə əks etdirən xidməti avtomobildə olan video-reqisterdə qeydə alınmışdır. Qayda pozuntusunu özündə əks etdirən görüntüləri CD diskdə məhkəməyə təqdim etmişdir. Hesab edir ki, şikayət əsassızdır, inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayət ərizəsində olan və tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron RPİ-in DYPŞ-in 02 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. X11 tərəfindən imzalanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Lakin həmin məhkəmənin 3(001)-1198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X5 tərəfindən Abşeron RPİ-in DYPŞ-in 02 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verilmiş şikayəti geri qaytarılmışdır. Bundan başqa, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X2 Abşeron RPİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; İkincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. X1 şikayətində özünü təqsirli bilməyib, onun əməlində Azərbaycan Respublikası İXMnin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, Abşeron RPİ-in X12 Şöbəsinin 02 aprel 2022-ci il tarixli, TP ******* qərarından razı olmadığını bildirsə də, , qərarı barəsində şikayət verilmiş orqan tərəfindən təqdim edilən video görüntülü SD-də "Opel Astra" markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobilin yol nişanlarının tələblərinə riayət etməməsi, DYPŞ-in əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi də görünməklə, patrul avtomobilinin onun arxasınca gəlməsi, "Opel Astra" markalı avtomobilin ara küçələrlə sürətlə uzaqlaşması və patrul avtomobilinin geri qayıtması müəyyən olunur. X1 məhkəmə prosesində əksinə şikayət ərizəsində yazılanların əksinə Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsilə təqsirini qəbul etmiş, lakin onun yol nəqliyyat hadisəsinin səbəbkarının DYPŞ əməkdaşı olması səbəbindən şikayət verdiyini bildirmişdir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə tədqiqinin sonunda şikayətçi avtomobili idarə edərkən DYPŞ-in əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilmədiyini etiraf etsə də, barəsində ayrı-ayrı qərarlar qəbul edilməsinə etiraz etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göründüyü kimi X5 avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsinə, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Hər iki inzibati xətayla bağlı inzibati protokol müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə, yəni müxtəlif vaxtlarda tərtib olunmuşdur. Həmçinin şikayətçi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi barədə qəbul edilmiş inzibati tənbeh haqqında qərardan verdiyi şikayət isə məhkəmənin digər hakiminin icraatındadır. Bundan başqa şikayətçi tərəfindən təqdim edilmiş video görüntüdə də sürücünün ara küçələrlə avtomobili idarə edərkən dönmə əməliyyatını düzgün əməl etməməsi nəticəsində avtomobili divara çırpılması öz əksini tapır. Lakin DYPŞ-in avto patrul avtomobilinin yol nəqliyyat hadisəsi zamanı "Opel Astra" markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobili təqib etməsi müəyyən olunmur. Məhkəmə həm də qeyd edir ki, hətta əksi olsa da belə hazırda məhkəmə Sahib Əliyevin barəsində Abşeron RPİ-in X12 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı qərarının qəbul edilməsi zamanı maddi və prosessual normaların pozulub pozulmaması ilə bağlı halları araşdırır. Məhkəmə şikayətin maddi zərərin tələb edilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, inzibati xəta haqqında icraatda şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyanın ödənilməsi qaydası həmin normaların aid olduqları mülki qanunvericilik aktları ilə tənzimlənir. Tələbdən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı tələb şikayətçi ilə inzibati orqan arasında yaranmış münasibətlərdən irəli gəlsə də, bu münasibət bilavasitə inzibati icraatla deyil, inzibati xətalara dair iş üzrə icraatla bağlı və həmin icraatın iştirakçıları (subyektləri) arasında yaranmışdır. Məhkəmə istinad edilən normaların tələblərinə əsasən hesab edir ki, hazırkı mübahisə inzibati xətaların nizamasalma predmetinə aid olmadığından, hazırda həmin mübahisəyə baxmaq mümkünsüzdür, X5 müvafiq sübutlarını təqdim etməklə mülki mühakimə icraatı qaydasında maddi ziyanla bağlı məsələni mübahisələndirə bilər. Beləliklə, məhkəmə hazırki iş üzrə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi ilə əlaqədar qanun pozuntularına yol verilməsi faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə Abşeron RPİ-in X12 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.3cü maddəsi ilə təqsirli bilinib, 80 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in 02 aprel 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-in 327.3-cü maddəsi ilə təqsirli bilinib 80 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-789/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-789/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver