Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-79/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİin 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Abşeron rayon Pİ-in 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4, X9 ilə 20 fevral 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4508/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Buna baxmayaraq, onlar arasında əmlak tələbinə dair məhkəmə mübahisə isə hazırkı müddətə kimi davam etməkdədir. Bundan əlavə, X6 gəlin köçdüyü zaman cehiz əşyaların bir qismi müvəqqəti olaraq ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Kristal ünvan 1 ünvanda yerləşdirilmişdir. X4 zabit olduğundan xidmətini Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə çəkməkdədir. N noyabr 2022-ci il tarixdə təxminən saat 20:00-a radələrində ona məxsus mənzildə su gəlmədiyini görüb, mənzilin yerləşdiyi pilləkən meydançasına çıxdıqda qardaşı Elşad Əsədovun keçmiş qaynanası və keçmiş arvadı X6 mənzilə gələn su xəttinin onlar tərəfindən qəsdən bağladığını görmüş, bu vəziyyətdə həmin şəxlər mənzilə zor ilə daxil olmaq istədiklərini görüb, mənzilin qapısını bağlamaq məcburiyyətində qalmış, qeyd olunan hadisənin şahidi olan digər qardaşı X10 olmuşdur. Mənzilin qapısını bağladığından sonra, həmin şəxslər mənzilimin yerləşdiyi pilləkən meydançasını tərk etməmiş, əksinə həmin yerdə təhqir və söyüşlər söyməyə başlamışlar, yaranmış narahatçılığı aradan qaldırmaq məqsədi ilə qardaşı Təbriz Əsədovdan mobil telefonu vasitəsi ilə yaxınlığda yaşayan xalası oğlu Bəylər Kərimova zəng etməsini və yaşayış kompleksinin mühafizəçisini çağırmağısını xahiş etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzi sisteminə zəng edərək mülkiyyətimdə olan mənzilimə basqın edilməsi barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə xalası oğlu Bəylər Kərimov və yaşayış kompleksinin mühafizəçisi mülkiyyətində olan ünvana gəldilər, yaşayaış kompleksinin mühafizəçisi qarşı tərəfə binanın ərazisini tərk etməsini izah etməsinə baxmayaraq həmin şəxslər asayişi pozmnmağa və pilləkən meydançasında təhqir-söyüşlər söyməyə və ona hədə qorxu gəlməyə davam etmişlər. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş, həmin şəxsləri mənzilin qapısından uzaqlaşdırmış, bundan sonra həmin şəxsləri polis idarəsinə aparılmış və onu qardaşı ilə birlikdə polis əməkdaşlarının müşaiyəti ilə polis idarəsinə hadisə barədə izahat verməyə getmişdir. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 21 dekabr 2022-ci il tarixli, MN1341867 nömrəli "İnzibati xəta haqqında" protokol tərtib edilmiş, həmin iş üzrə "Sağlamlıq əleyhinə ola inzibati xətalarla bağlı” "İnzibati tənben vermə haqqında" qərar qəbul edilərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunmağı X3 adına qeydə alınmışdır. Abşeron rayon Pİ-in 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və tədqiq edilmiş: X5 çıxarışdan görünür ki, 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Abşeron RPİ-in 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarından razı olmadığını bildirsə də qeyd edilən xətanın törətmədiyini sübut edən dəliləri məhkəməyə təqdim etməmişdir. Buna görə də barəsində Abşeron RPİ-in araşdırma aparılmış, protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, Abşeron RPİin X8 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, 300 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron RPİ-in 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in 21 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-79/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-79/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver