Məhkəmə qərarları › İş №3(012)-790/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-790/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-790/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Abşeron rayonu, Xırdalan Bələdiyyəsi şikayət ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi tərəfindən Xırdalan Bələdiyyəsinin sədri X11 barəsində MN № ******* nömrəli inzibati qərar tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərarda vətəndaş X4 əmək müqaviləsindəki əmək qanunvericiliyinin tələbləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Bununla əlaqədar İXMnin 114.1.1-ci maddəsinə istinad edilərək X7 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. X6 xx.xx.2021-ci il tarixdə Xırdalan Bələdiyyəsi İcra Aparatının Vergi Xidməti Orqanına vergi agenti-təlimatçısı vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülməsi üçün sərəncam verilmişdir. Bundan narazı qalan X6 DƏMX-nin Sumqayıt regional ərazi şöbəsinə müraciət etmiş və əmək hüquqlarının pozulmasından şikayətçi olduğunu bildirmişdir. Halbuki işdən azad olunma ilə bağlı heç bir qərəzli səbəb olmamışdır. Lakin, xx.xx.2022-ci il tarixdə X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi tərəfindən X11 barəsində MN № ******* nömrəli inzibati qərar tərtib edilmiş və qərarda vətəndaş X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Belə ki, X6 öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Bununla yanaşı qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülməsi üçün sərəncam verilmişdir. Belə ki, X4 xx.xx.2022-ci il tarixli Sumqayıt “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş ərizəsinə əsasən o, son haqq-hesab əmək haqqısı əmək haqqı hesabına köçürüldüyü üçün Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı ilə əlaqədar X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin rəisi tərəfindən tətbiq edilmiş İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq X11 barəsində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarın qəbul edilmə müddəti keçdiyindən sözügedən qərar ləğv olunmalıdır. İnzibati Xətalar Məcəllənin 38.1-ci maddəsində qeyd olunduğu kimi inzibati tənbeh - inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qeyd olunan hadisə xx.xx.2022-ci il tarixdə baş verdiyindən müddət kifayət qədər keçmişdir. Ona görə də Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, X6 Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Sumqayıt regional şöbəsinə şikayət etmiş, araşdırma zamanı əmək haqqı kartlarına dair bank çıxarışından və şikayətçinin izahatından məlum olmuşdur ki, bələdiyyə tərəfindən müxtəlif aylar üzrə ona əmək haqqı ödənilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi alt sisteminə baxış keçirilərkən X1 rayonu, Xırdalan Bələdiyyəsi arasında bağlanmış əmək müqaviləsınə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müfafiq maddəsinə (öz xahişi ilə) əsasən xitam verildiyi müəyyən edilmişdır. Lakin bələdiyyə tərəfindən X4 işdən çıxarılması zamanı ona son haqq-hesab aparılmasını xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə həyata keçirmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq X4 əmək haqqı əmək müqaviləsində müəyyən edilmiş müddətdə verilməmişdir. Bununla da X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 27 saylı əmrindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Xırdalan Bələdiyyəsi İcra Aparatının Vergi Xidməti Orqanına vergi agenti-təlimatçısı vəzifəsinə təyin edilmişdir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı əmrindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Kapital Bankın 135 nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X3 haqq-hesab aparılması xx.xx.2022-ci il tarixdə aparılmışdır. Sumqayıt “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş, X4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, son haqq-hesab əmək haqqısı əmək haqqı hesabına köçürüldüyü üçün Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbetin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şikayətçi Abşeron rayonu, Xırdalan Bələdiyyəsi şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* qərarından razı olmadığını bildirsə də təqdim edilən sənədlərdə X2 haqqhesab əmək haqqısı əmək haqqı hesabına xx.xx.2022-ci il tarixdə köçürüldüyü müəyyən olunur. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi Abşeron rayonu, Xırdalan Bələdiyyəsi tərəfindən X4 işdən çıxarılması zamanı ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə ödənildiyindən, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməsi iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Məhkəmə hazırki iş üzrə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin işçinin işdən çıxarılması zamanı ona son haqqhesab aparılması ilə əlaqədar qanun pozuntularına yol verilməsi faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar