Məhkəmə qərarları › İş №3(012)-795/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-795/2021

12.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-795/2021 12.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis kapitanı X1, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonu, Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 19.04.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Retro təmir məntəqəsində Zərərçəkmiş şəxs məxsus OPEL ASTRA markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilinin katalizatoru qəsdən məhv etməklə zərərçəkmiş şəxsə az miqdarda, 1200 manat məbləğində ziyan vurmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Retro təmir məntəqəsində usta işləyən Şəxs 19.04.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Retro təmir məntəqəsində Zərərçəkmiş şəxs məxsus OPEL ASTRA markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilinin katalizatoru qəsdən məhv etməklə zərərçəkmiş şəxsə az miqdarda, 1200 manat məbləğində ziyan vurmuşdur. Həmin fakt əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin fakt əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Retro təmir məntəqəsində usta kimi çalışır. 19.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə məntəqəyə gəlmişdir. Avtomobilə baxarkən Elşada avtomobilin qluşitelini təmizlənmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Elşad özü avtomobildə boğulmalar olduğunu dedikdə, Elşada katalizatorun çıxarılmalı olduğunu bildirmişdir. Daha sonra Elşadın öz razılığı ilə avtomobilin katalizatorunu çıxarmışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 19.04.2021-ci il tarixdə özünə məxsus OPEL ASTRA markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, Retro təmir məntəqəsinə gəlmişdir. Məntəqədə Nurlan adlı usta avtomobilə baxış keçirdikdən sonra ona qluşitelin təmizlənməsini məsləhət görmüşdür. Üstündə pulu az oğduğuna görə etiraz etsə də Nurlan pulu sonra verməsini deyərək, qluşiteli təmir etməyə başlamışdır. Təmirdən sonra avtomobili idarə edərkən narahatlıq hiss etmiş, yoxlandırdıqda katalizatorun söküldüyünü ona bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.04.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati məsuliyət əlamətləri olduğundan qərarın sürəti Abşeron rayon Pİ-in İTŞ-nə göndərilmişdir. Abşeron rayon Pİ-si tərəfindən 12.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində 1200 (min iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar