Məhkəmə qərarları › İş №3(012)-798/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-798/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-798/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndələri X3 və X2 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli EP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 14427.69 (on dörd min dörd yüz iyirmi yeddi ) Avro məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 14427.69 (on dörd min dörd yüz iyirmi yeddi ) Avro məbləğində vəsait hesabına alınan malları xidməti ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndələri X4 bildirdi ki, “X1 Werner Bromach GMBH ” şirkətinə 73235 saylı, xx.xx.2020-ci il tarixli köçürmə ərizəsinə əsasən 01/19 saylı, 02 may 2019-cu il tarixli müqavilə üzrə 14427.69 avro məbləğində vəsait ödənilmişdir. Həmin köçürmə pandemiya dövrünə təsadüf etdiyi, respublikada qapanma baş verdiyi üçün, malların idxalı mümkün olmamış və təxirə salınmışdır. Təxirə salınan dövr ərzində üzərindən ödəniş edilmiş ( 01/19 saylı , xx.xx.2019-cu il tarixli) müqavilənin müddəti bitmiş və xx.xx.2020-ci il tarixində yeni müqavilə bağlanmışdır . Sözügedən malların idxalı xx.xx.2020-ci il tarixli **********1746 saylı gömrük bəyannaməsi ilə tərəflərindən rəsmiləşdirilmiş , lakin gömrük bəyannaməsi tərtib edilərkən bəyannamənin müvafiq qrafasında qüvvədə olan müqavilə əvəzinə, qüvvəsini itirmiş, köhnə , yəni, 01/19 saylı , xx.xx.2019-cu il tarixli müqavilə nömrəsi qeyd edilmişdir . Eyni zamanda yeni müqavilə qüvvəyə mindiyi andan etibarən bank yeni bağlanmış müqaviləyə yeni kod verir. Bu səbəbdən köhnə, yəni ( 01/19 saylı , xx.xx.2019cu il tarixli ) müqavilə üzrə edilmiş ödənişlə idxal olunan mallar Milli bank tərəfindən görülə bilmir və bank deklarasiyanı bağlaya bilmir. Sonda o, yuxarıda göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, "xxxx" MMC-nin ünvanına gələn spirtli içki məlumatlarının “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedura altında rəsmiləşdirilmiş **********1746 sorğu nömrəli gömrük bəyannaməsində müqavilə nömrəsi və tarix düzəlişi ilə bağlı sifariş Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Hal-hazırda YGB-nə düzəliş olunmuşdur. Bunu təsdiq edən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən təsdiq olunmuş ********** saylı gömrük bəyannaməsi də mövcuddur. Sonda o, yuxarıda göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC-nin hesabından “X1 Werner Bromach GMBH ” şirkətinin bank hesabına xx.xx.2019-cu il tarixli, 1.19DD nömrəli müqavilə əsasında xx.xx.2020 saylı hesab-fakturaya əsasən 14427.69 (on dörd min dörd yüz iyirmi yeddi ) Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1232 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malalrın ölkəyə idxalını təsdiq edən sənədlər təqdim edilmiş müəssisələrin siyahısında "xxxx" MMC-nin də adı qeyd edilmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 14427.69 (on dörd min dörd yüz iyirmi yeddi ) Avro vəsaitin ödənişi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “AZƏRİŞ LTD MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC 14427.69 (on dörd min dörd yüz iyirmi yeddi ) Avro məbləğində xarici valyutada olan vəsaiti “Bank VTB (Azərbaycan)” ASC-də olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini, ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədi nə vasitəçi banka, nə Mərkəzi Banka, nədə ki, Məhkəməyə təqdim etməmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilən sənədləri araşdırıb hesab edir ki, məhkəməyə təqdim olunmuş ********** sorğu nömrəli gömrük bəyannaməsi digər avans ödəniş ilə bağlıdır. Beləliklə aydın olur ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta törədilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “AZƏRİŞ LTD MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş, yəni inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 55, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14427.69 (on dörd min dörd yüz iyirmi yeddi ) Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 2885,538 (iki min səkkiz yüz səksən beş) Avro məbləğində qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar